Accessibility links

Amerikanın gücünün nümayişi [Video]


“Atlara qayğı göstərmək hər gün oyanmağının səbəbidir. Bu, evdən çıxmağa, bir işlə məşğul olmağa təkan verir. Bu, səni gənc saxlayır. Sən onlarla çalışmalı, onların uşaqlar kimi bir biri ilə rəqabət etmələrinə şərait yaratmalısan.

Belə deyək, biz hərbi cəhətdən güclü olmalıyıq. Biz liderliyimizi nümayiş etdirməliyik. Biz indi güclü deyilik və rəqiblərimiz bizdən istifadə edir.”

Prezident Tramp hərbi xərcləri artırmaq istəyir

“Bu demək deyil ki, biz döyüşməyə gedirik. Amma, biz gücümüzü nümayiş etdirməliyik. Bizim sözlərimizin keçərli olması üçün arxamızda güclü ordu dayanmalıdır. Amma, sən zəif olsan, müdafiə xərclərini azaltsan, bunun bədəlini ödəməli olacaqsan.”

Tramp Amerikanın maraqları birinci olduğunu və ölkəni dünyada baş verən münaqişələrdən kənar saxlayacağını deyib

“Reyqan hakimiyyətə gələn kimi ordunu gücləndirdi. Ordunu güclənəndə görün Rusiya nə etdi. Onlar geri çəkildilər.”

Amma, o ABŞ-ın Suriya, Yəmən, İraq və Əfqanıstanda iştirakını artırıb

“Biz dünyanın o başında çoxlu pul xərcləyirik. Həmin müharibədə trilyonlarla dollar xərcləmişik. Biz bütün o ölkələrə xarici yardım veririk. Əvəzində nə əldə etmişik? Heç nə. Biz oralarda pul xərcləməli deyilik. Biz kimlərin münaqişə etdiklərini bilirik. Biz gərək, müdaxilə etmədən həmin tərəflərə “kifayətdir” deməyi bacarmalıyıq.”

XS
SM
MD
LG