Accessibility links

Amnesty International: Azərbaycan hakimiyyəti toplaşma azadlığının boğulmasına son qoymalıdır


Amnesty International: Azərbaycan hakimiyyəti toplaşma azadlığının boğulmasına son qoymalıdır
Amnesty International: Azərbaycan hakimiyyəti toplaşma azadlığının boğulmasına son qoymalıdır

Amnesty International-in bəyanatında deyilir ki, 2 aprel aksiyası zamanı polis şəhərin mərkəzinə gələnləri dağıdıb və bundan ötrü dəyənəkdən istifadə edib. Polis və xüsusi xidmət bir neçə jurnalisti və operatoru saxlayıb, onları təpikləyib, hüquq müdafiəçilərinn pozuntuları qeydə almasına mane olub

Azərbaycan hakimiyyəti toplaşma azadlığının boğulmasına son qoymalıdır. Bu barədə Amnesty International hüquq müdafiə təşkilatı aprelin 2-də Bakıda keçirilən aksiyanın dağıdılmasından sonra bildirib.
”Mitinqi təşkil etmiş İctimai Palata bəyan edib ki, 150-dən çox adam saxlanılıb. Onlar Yaxın Şərq və Şimali Afrikada baş verənlərdən ruhlanaraq şənbə günü Bakının mərkəzində nümayiş keçirməyə cəhd göstəriblər. Mitinq müxalifət partiyaları və Facebook istifadəçiləri tərəfindən təşkil olunub. Azərbaycanda indiki rejim ictimai toplaşma azadlığına mane olur”, - deyə Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalusen bildirib.
“2 aprel aksiyası hakimiyyətin hər hansı formada ictimai etiraza yol verilməsindən imtina etməsinə adamların reaksiyası olub”, - o qeyd edib.

Polis şəhərin mərkəzinə gələnləri dağıdıb və bundan ötrü dəyənəkdən istifadə edib. Polis və xüsusi xidmət bir neçə jurnalisti və operatoru saxlayıb, onları təpikləyib, hüquq müdafiəçilərinn pozuntuları qeydə almasına mane olub.
Bundan əvvəl hakimiyyət aksiyada iştiraklarının qarşısını almaq məqsədilə bir neçə gənci saxlayıb, bəzilərini evlərindən oğurlayıb. Oğurlayan şəxslər mülki geyimdə olublar və özlərini təqdim etməyiblər. “Aksiyanın əsas təşkilatçılarının əvvəlcədən saxlanması və qapalı məhkəmə proseslərində məhkum olunması faktı hakimiyyətin fərqli düşünənləri susmağa vadar etmək üçün nələrə əl atmağa hazır olduğunu göstərir”, - deyə cənab Dalusen vurğulayıb.

Azərbaycan Dövlət Televiziyası bildirib ki, bu etirazları Azərbaycanda sabitliyin pozulmasını istəyən xarici ölkələr təşkil edib. “Əgər Azərbaycan hökuməti sistematik olaraq müxalifətyönlü ictimai hərəkatları qadağan edirsə, demokratik inkişafa nail olduğunu söyləyə bilməz”, - o bildirib.

XS
SM
MD
LG