Accessibility links

Amnesty International: İranda noyabr etirazlarının dağıdıldığı zaman azı 23 uşaq öldürülüb


Amnesty International 2019-cu ilin noyabr ayında hökumət əleyhinə ümummilli etirazlar zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən azı 23 uşağın öldürüldüyünə dair sübutların olduğunu bildirib.

Londonda fəaliyyət göstərən insan haqları təşkilatı tərəfindən aparılan araşdırmanın nəticəsi göstərib ki, təhlükəsizlik qüvvələri silahsız etirazçıları və küçədən keçənləri canlı güllələrlə atəşə tutduğu zaman azı 23 uşaq ölüb.

Əldə edilən məlumatlara görə, öldürülən 12 ilə 17 yaş arasında 22 oğlan və 8-12 yaşlarında bir qız uşağı olub.

Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə `Araşdırma və Təbliğat` şöbəsinin direktoru Filip Luter qətllər barəsində "müstəqil və qərəzsiz" araşdırma aparmağa, buna göstəriş verməkdə və həyata keçirməkdə şübhəli bilinən şəxslərin mühakimə olunmasına çağırıb.

Luterin fikrincə BMT İnsan Haqları Şurasına üzvü olan dövlətlər də noyabr etirazlarında iştirak edən nümayişçilərin və ətrafdakıların, o cümlədən 23 uşağın öldürülməsi ilə bağlı araşdırma aparılmasını tapşırmalıdır.

İranda etirazlar 15 noyabr 2019-cu ildə hökumətin yanacağın qiymətinin qaldırılması barədə qərarından sonra başladı.

Amnesty İnternational təşkilatının məlumatına görə, rəsmilərin etirazları dağıtdığı günlərdə azı 304 nəfər ölmüş və minlərlə insan yaralanmışdır. Rəsmilər minlərlə insanı saxlamış, işgəncə və digər pis rəftara məruz qoymuşlar.

Amnesty İnternational son açıqlamasında 23 uşağın İranın altı vilayətindəki 13 şəhərdə - İsfahan, Fars, Kirmanşah, Xuzistan, Kürdüstan və Tehranda öldürüldüyü qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG