Accessibility links

Ancelina Coli İraqda Suriya qaçqınlarını ziyarət edib


BMT-nin qaçqınlar üzrə xüsusi nümayəndəsi Ancelina Coli deyib ki, dünya Suriyanın qaçqın böhranına lazımi diqqət göstərmir və ailələr, qadın və uşaqlar dərin iztirab içərisindədir.

Hollivud ulduzu İraqın Kürdüstan regionunda 33 minə yaxın suriyalı qaçqının sığındığı Domiz düşərgəsini ziyarət edib.

BMT-nin qaçqınlar agentliyinin fondu 2017-ci illə müqayisədə kəskin azalıb. Mətbuat konfransıda Coli yardımların 50 faizinin itirildiyini bildirib.

"Humanitar vəziyyət çox ağırdır. Belə ki, yardımların minimum səviyyəsini əldə edə bilmirik. Qaçqınlar lazimi tibbi yardımdan məhrumdur. Qadın və qızlar seksual təcavüz təhlükəsi altındadır. Uşaqlar məktəbə getmir. Qaçqınlar üçün investisiya əldə etmək imkanından məhrumuq" - deyə, aktrisa bildirib.

Gələn həftə BMT didərgin düşmüş insanların qlobal göstəricilərini açıqlayacaq.

2011-ci ildə Domiz düşərgəsi kiçik bir sığınacaq mərkəzi idi. İndi isə burada evlər tikilib, mağazalar açılıb.

Dünən Coli Mosulda olub. Bu şəhər İraqın şimal bölgəsində ən böyük şəhərlədədndir. Ötən il 900 min əlalisi olan Mosul İslam Dövləti yaraqlılarından azad edilib.

Aktrisa şəhər sakinləri ilə görüşlər keçirib. Şəhərin dağılmış küçərlərinə çıxıb.

Çoli 2001-ci ildən BMT-yə çalışır. O, Kambodca və Keniya kimi ölkələrə səfər edib.

Bu, aktrisanın İraqa 5-ci səfəridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG