Accessibility links

Merkeldən Trampa mesaj: "Avropanın taleyi öz əlindədir"


Almaniya kansleri Angela Merkel bu gün söz verib ki, o, gələn həftə and içərək səlahiyyətlərinin icrasına başlayacaq ABŞ-ın növbəti prezidenti Donald Trampla razılıq əldə etməyə çalışacaq. Ancaq xanın Merkel Amerika lideri il' fikir ayrılıqlarına baxmayaraq təkidlə Avropanın öz yolu ilə gedəcəyini vurğulayıb.

Fikrimcə, biz avropalıların öz aqibəti öz əlimizdədir və mən tam əminəm ki, biz birgə olacayıq.
Angela Merkel

Merkelin bu açıqlamaları Donald Trampın həftə sonu müsahibəsi zamanı bəzi Avropa ölkələrini yenidən tənqid etməsindən sonraya təsadüf edir. O, NATO müttəfiqliyini tənqid edərək bəzi Avropa liderlərinə xəbərarlıq edib və Almaniyanın Avropadakı qaçqın böhranına reaksiyasını tarixi səhv adlandırıb.

"Fikrimcə, biz avropalıların öz aqibəti öz əlimizdədir və mən tam əminəm ki, biz birgə olacayıq" - deyə Angela Merkel Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra 27 ölkənin qurumda qalacağına əmin olduğunu bildirib.

Berlində mətbuat konfransında danışan xanım Merkel AB üzvlərinin terrorizmlə mübarizə, qurumun xarici sərhədlərinin təhlükəsizliyi, eləcə də daxili təhlükəsizliyin təminatı üçün birgə işləyəcəyini deyib.

O, əlavə edib ki, Trampın Avropaya dair baxışları bəlliidr. "Donald Tramp səlahiyyətlərinin icrasına başlayanda biz Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq edəcəyik və bundan sonra hansı razılıqları əldə edə biləcəyimizi müəyyənləşdirəcəyik" - deyə Almaniya kansleri bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG