Accessibility links

Ankara Vaşinqtonun Suriya kürdlərini silahlandırması qərarını qəzəblə qarşılayıb


Suriya kürdlərinin Xalq Müdafiə Birləşmələri-YPG hərbi qrupunun döyüşçüsü

Türkiyə Vaşinqtonun Suriya kürdlərinin YPG hərbi qrupunu silahlandırması haqda qərarını qəzəblə qarşılayıb.

“Biz ABŞ tərəfindən bu qərarı qəbul etməyəcəyik. ABŞ yaxşı bilir ki, Suriya kürdlərinin qrupu terrorçu təşkilatdır”-deyə Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

ABŞ hərbi komandiri Xalq Müdafiə Birləşmələri-YPG-nin döyüşçüləri ilə
ABŞ hərbi komandiri Xalq Müdafiə Birləşmələri-YPG-nin döyüşçüləri ilə

Ankara Vaşinqtonun İslam Dövləti qrupuna qarşı mübarizədə Suriya kürdləri ilə tərəfdaşlıq etməsinə qarşı çıxır.

Biz ABŞ tərəfindən bu qərarı qəbul etməyəcəyik. ABŞ yaxşı bilir ki, Suriya kürdlərinin qrupu terrorçu təşkilatdır
Binali Yıldırım

YPG Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv hərbi qruplardan biri kimi tanınır. Lakin Ankara YPG-ni fəaliyyəti qadağan olunmuş PKK təşkilatı ilə əlaqəsi olan terrorçu qrup hesab edir. Vaşinqton Türkiyədə uzun illərdir silahlı mübarizə aparan PKK-nı terrorçu təşkilat kimi tanıyır.

“Xalq Müdafiə Birləşmələri-YPG tərəfindən əldə edilən hər bir silah Türkiyə üçün təhlükə yaradır”, deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Baş nazirin müavini Nurəddin Canikli televiziya ilə çıxışında deyib: “Biz ümi edirik ki, Birləşmiş Ştatlar administrasiyası bu işi dayandıracaq və bundan geri çəkiləcək.”

Xalq Müdafiə Birləşmələri-YPG tərəfindən əldə edilən hər bir silah Türkiyə üçün təhlükə yaradır
Mövlud Çavuşoğlu

ABŞ prezidenti Donald Trampın qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə aylardır aparılan lobbiçilik səylərindən və bunun ikitərəfli münasibətlərə mümkün təsirləri ilə bağlı xəbərdarlıqlardan sonra verilib.

Lakin prezident Ərdoğan çərşənbə axşamı ABŞ-ın Suriya kürdlərinin silahlandırılmasına dair qərarından sonra reaksiya verməyib.

Ərdoğan gələn həftə Ağ Evdə ABŞ prezidenti ilə görüşməlidir.

XS
SM
MD
LG