Accessibility links

Anket sorğuları Rusiyada Navalnının reytinqinin aşağı düşdüyünü göstərir


Moskvada yerləşən Levada Mərkəzinin 1630 şəxs arasında apardığı sorğuya əsasən, respondentlərin 32 faizi Aleksey Navalnının siyasi şəbəkəsinə qarşı ekstremizim damğası vurulmasını dəstəkləyir. Sorğuda iştirak edənlərin cəmi 27 faizi bu qərara qarşı çıxıb.

Sorğunu 24-30 iyun tarixləri ərzində keçirən mərkəz bilidir ki, iştirakçıların 38 faizi isə bu qərara laqeyd yanaşır. Sorğu nəticəsində o da bəlli olub ki, Navalnının fəaliyyətinə dəstək keçən sentyabr ayı ilə müqayisədə 20 fazidən 14 faizə enib.

Prezident Vladimir Putinin ən qatı tənqidçisi olan Navalnının yaxın müttəfiqi İvan Jdanov sorğunun nəticələrinə fikir bildirməkdən imtina edib. Lakin o deyib ki, dövlətin Nalvalnı əleyhinə apardığı "propaqanda" güclənib və ola bilsin ki, artıq öz təsirini hiss etdirir.

Navalnının müttəfiqləri bildirir ki, ekstremizm haqqında qanunun tətbiq olunması bu sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində onları məhv etmək məqsədi daşıyır.

Qərar rəsmilərə fəaliyyətlərini hələ də davam etdirdiyi təqdirdə aktivistləri həbs etməyə və onların bank hesablarını dondurmağa imkan verir. Navalnının müttəfiqləri qərar çıxmazdan əvvəl tərəfdarlarının təqiblərə məruz qalmaması üçün fəaliyyətlərini dayandırıb.

Navalnı hazırda mənimsəmə işi ilə əlaqədar şərti cəzaları pozmaq ittihamı ilə həbsdədir. O ötən il zəhərləndikdən sonra Almaniyada müalicəsini başa vurub Rusiyaya geri qayıdan zaman həbs edilib.

Şərhlərə bax

XS
SM
MD
LG