Accessibility links

AŞPA sədri Azərbaycan prezidentinə narahatlıqları ilə bağlı məktub yazıb


Ann Basser
Ann Basser

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasser prezident İlham Əliyevə məktubla müraciət edərək, Azərbaycanda demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar “dərin narahatlığını” bildirib. Bu barədə AŞPA-nın oktyabrın 16-da yaydığı rəsmi məlumatda deyilir.

Azərbaycanın Avropa Şurası qarşısındakı vəzifə və öhdəliklərini xatırladan AŞPA sədri xüsusən “narahatlıq üçün əsas olan” 4 amili sayıb.

Bu yaxınlarda bir sıra hüquq müdafiəçiləri və jurnalistlərin həddindən artıq uzunmüddətli həbs cəzalarına məhkum edilib.

“Bu məhkəmə qərarları Azərbaycanda fikri ifadə azadlığına və plüralizmə mənfi təsir edir, ölkənin Avropa Şurası qarşısındakı vəzifə və öhdəliklərinə ziddir”, Brasser yazır.

Həbsdə olan hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının təqibi, alçaldılması və fiziki təzyiqlərə məruz qalması halları. İlqar Məmmədov və İntiqam Əliyevin nümunəsində, habelə Leyla və Arif Yunusun vəziyyətinə istinad edən xanım Brasser prezidenti müdaxilə etməyə və məhbusların qorxudulmasına son qoymağa çağırıb.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə onun azad edilməsi haqqında qərarını yerinə yetirməkdən imtinası. Xanım Brasser cənab Əliyevi “ölkə hakimiyyəti ilə birlikdə bu səhvi düzəltmək üçün tədbirlər görməyə” çağırıb.

Azərbaycanın bir sıra tövsiyələri – həm Assambleyanın, həm də Avropa Şurası Venesiya Komissiyasının demokratik seçkilərin təşkili haqqında tövsiyələrini yerinə yetirməməsi. Brasser 2015-ci il noyabrın 1-də səsvermənin “Avropa Şurası standartlarına uyğun” keçirilməsini təmin etmək üçün bir daha bu tövsiyələri yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG