Antarktida Lifli Optika
5
Okeanın bir neçə metrlik qatına daxil olmaq üçün yüngül buzdeşən qurğudan istifadə olunur. Sonradan okeanın əlavə bir neçə metrini yarmaq üçün kiçik termal əridici qurğu işə salınır. (David Holland)
6
Buruq quyusundakı okean suyu donmadan öncə lifli optik və təzyiq sensoru kabelləri sürətli şəkildə okeandakı çuxura endirildi. Kabellər çuxura yerləşdirildikdən sonra, onlar lazer, detektor, məlumat qeydiyyatı və peyk rabitə cihazından ibarət olan yerüstü cihazlara qoşuldu. (Viktor Zaqorodnov)
7
Bütün avadanlıqlar və düşərgə ləvazimatları McMurdo stansiyasından buz şelflərinin üzərindən xizək və qar maşını vasitəsilə daşınır. (Viktor Zaqorodnov)
8
Qışdan öncə əraziyə son baxış. Yay aylarında cihazlar günəş panelləri (qar maşının önündə görünür), qışda isə eksperimental külək enerjisi ilə işləyir. Gündəlik peyk məlumat linki daxil olmaqla, bütün yerüstü cihazlar 8 vattla işləyir ki, bu, bir hamam lampasının işlətdiyi enerjiyə bərabərdir. (Skot Tayler)