Accessibility links

Apollo-11 missiyasından 50 il ötür


Apollo-11 missiyasından 50 il ötür
please wait

No media source currently available

0:00 0:01:53 0:00

1969-cu ilin iyul ayının 20-də Amerika astronavtı Neil Armstronq və Edvin Aldrinin Ayın səthinə ilk qədəm qoyduqları gündəm 50 il keçir. ABŞ-ın Fəza agentliyi NASA Apollo-11 missiyasını bu münasibətlə bərpa edib. Bu gün bu otaq bir muzeyə çevrilib.

" Eagle endi" Missiyaya Nəzarət mühəndislərinin bu ilk kəlmələri ilə fəza kəşfinə yeni səhifə açılıb.

"Biz Aya endik. Heyət mühərriki söndürür. Hamının bunu qeyd etdiyi bir vaxt biz Ay səthində qalmağın təhlükəsiz olduğundan əmin olmalıyıq" - deyə, Apollo uçuş direktoru Cen Kranz bildirib.

Missiyaya Nəzarət Hyustondan gələn iki onillikdə daha bir uçuş həyata keçirib. 1992-ci ildə daha müasir şəraitdə Aya uçuş olub. O zaman tarixi otaq bağlanıb.

"Mən bu otağı qalmış əşyalar, butulkalar və konservlərdən təmizlədim. Zibil qabları dolu idi. Artıq bu otaq tarixi missiyanı təmsil etmirdi", Cen Kranz bildirib.

2013-cü ildə bu otaq yenidən bərpa edilib. Demək olar ki, 1969-cu ilin iyul ayının 20-dəki görünüşünə qaytarılıb.

"Uçuşlara nəzarət heyəti ilə 35 müsahibə keçirdik. Onlar hansı düymələrdən istifadə edildiyini nümayiş etdirib. Bu, həqiqətən də bərpa işlərinə və idarəetmə qurğusunda nəyin mühüm olduğunun müəyyənləşdirilməsinə böyük yardım etdi"- deyə, tarixi qoruq direktoru Adam Greyves bildirib.

Ciddi araşdırmalarla bərpa prosesi 5 il vaxt aparıb.

Ən böyük problem idarəetmə pultu və 50 il əvvəl otaqda olan visual əşyaların bərpası olub.

Heç bir detal gözdən qaçmayıb. 60-cı illərin nəzarət missiyası bərpa edilməklə yanaşı, kül qabıları, siqaretlər və soda butulkaları belə nəzərə alınıb.
Şüşə divar arxasında seyrçiləri cəlb edən muzey artıq fəaliyyətdədir.

XS
SM
MD
LG