Accessibility links

iPhone X modeli Apple şirkətinin gələcəyi ilə bağlı qeyri-müəyyənliklərə səbəb olub


Apple şirkətinin İcraçı Rəhbəri Tim Kuk yeni iPhone X modelini təqdim edərkən.

Apple hər zamankından daha çox pul qazanır. Lakin bu, hər kəsi məmnun olması üçün kifayət etmir. Bir tərəfdən şirkətin köhnə iPhone modellərinin sürətini bilərəkdən zəiflətməsi şayiələri, digər tərəfdən isə bahalı iPhone X modelinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik.

Heç nədən qorxmayan loyal müştəri bazasına öyrəşmiş Apple, alıcıların inqilabi iPhone X modelini 1,000 dollara olmasına baxmayaraq, həvəslə alacağını gözləyirdi. Lakin almasevərlərin bazara 200-300 dollar dəyərində cihazların daxil olduğu bir zaman iPhone X modelinin qiymətindən məmnun olmadığı hiss edilir.

Hətta yeni cihazlar siyahısında olan, qiymətdə daha münasib iPhone 8 modeli belə təhlilçilərin proqnozlaşdırdığı sayda satılmır. Cümə axşamı Apple şirkətinin fiskal ilinin ilk rübü göstəriciləri bunu iddia etməyə əsas verir.

Almasevərlərin bazara 200-300 dollar dəyərində cihazların daxil olduğu bir zaman iPhone X modelinin qiymətindən məmnun olmadığı hiss edilir.

Səbəb kimi ehtimal edilənlərdən biri də odur ki, cihazlarının sürətinin zəifləyəcəyini düşünən alıcılar yeni modelə keçməyə meylli deyillər. Apple bildirib ki, cihazların sürətinin zəiflədilməsi köhnə batareyaların sıradan çıxmasının qarşısının alınması cəhdi idi. İndi isə Apple həmin batareyaların cəmi 29 dollara əvəzlənməsini təklif edir. Bu, şirkətin alıcılara üzrhaqlığı kimi batareyaya 50 dollar endirim etməsi deməkdir.

Apple şirkətinin İcraçı Rəhbəri Tim Kuk deyib ki, iPhone X rəhbərliyin gözlədiyindən daha yaxşı satılır. O əlavə edib ki, bu cihaz bazara daxil olduğu həftədən etibarən ən çox satılan modeldir. Lakin Apple şirkətinin cari rüb üçün gəlir proqnozu aşağı düşüb. Bu isə iPhone X modeli ilə bağlı böyük iştahın itməsi narahatlıqlarını yaradıb.

Bütün bu narahatlıqlar Apple səhmlərini tarixində ən yüksək rəqəmə çatmasından sonra 7 faiz aşağı düşməsinin əsas səbəblərindəndir. 17 yanvar tarixində dəyəri 179 dollar olan Apple səhmi növbəti iki həftə ərzində 160 dollara qədər düşüb.

XS
SM
MD
LG