Accessibility links

Apple yeni-daha böyük iPhone və saat modelini təqdim edib


Apple yeni-daha böyük iPhone və saat modelini təqdim edib
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Apple yeni-daha böyük iPhone və saat modelini təqdim edib

Apple şirkəti çərşənbə günü Kaliforniya ştatının Kupertino şəhərində iPhone telefonu və Apple Watch saatının yeni modellərini nümayiş etdirib.

Yeni İphone XS modelinin 14.7 santimetr, XS Max modelini 16.5 santimetr, Xr modeli isə 15.5 santimetr ölçülərində olacaq. Hər üç iPhone telefon modellərinin ön displeyi daha möhkəm və qızıl, gümüş və qara rənglərdə polladdan hazırlanıb.

"Bu telefonlar indi toz və mayedəldən daha güclü şəkildə qorunacaq. Suyun iki metr dərinliyində 30 dəqiqə qala bilər. Beləlikdə, əgər siz hovuzda olarkən telefonunuzu əlinizdən suya düşürsəniz, narahat olmayın. Suyun dibinə enin, telefonunuzu gptürün və qurumağa qoyun. Hər şey qaydasında olacaq.'' - deyə, Apple-ın marketinq üzrə vitse-prezidenti Fil Şiller bildirib.

Yeni modellər həmçinin iki SİM karta malik olacaq, onların yaddaş kartı 512 gigabayt təşkil edəcək, telefonla çəkilmiş foto şəkillərin keyfiyyəti daha yüksək, batereyanın xidmət müddəti isə daha uzun olacaq.

Bundan əlavə, alüminiumdan hazırlanmış 15,5 sm-li iPhone Xr telefonunun qiyməti 749 dollardan başlayacaq. Arxası alüminium və şüşədən hazırlanmış telefon modelləri altı müxtəlif rəngdə hazırlanıb.

"İphone Xr 6 müxtəlif rəng və 3 müxtəlif yaddaş kartı ilə satışa çıxarılacaq. Başlanğıc qiyməti 749 dollar olacaq. Bu İphone 8 Plusdan daha ucuz olacaq.'' - deyə, Fil Şiller qeyd edib.

Yeni Apple Watch saatı
Yeni Apple Watch saatı

Yeni Apple saatının ekranı daha böyük, korpusu isə daha nazikdir. Yeni saat ürəyin funksiyasının təhlükəli məqamlarının aşkar edilməsi və elektrokardioqramın göstərilməsi kimi xüsusiyyətlərə malikdir.

"Apple saatları sizin ürək ritmini ölçəcək və əgər ürək döyüntülərində qeyri-müntəzəm ritm aşkar etsə sizə bildiriş göndərəcək.'' - deyə, Apple-ın əməliyyat direktoru Cef Uilyams bildirib.

Yeni Apple saatları həmçinin insanın yıxılmasını müəyyən edə bilmək xüsusiyyətinə malik olacaq.

''Yıxılmanı aşkar etdikdən sonra saat sizə xəbərdarlıq göndərəcək. Bu xəbərdarlıqdan sonra siz təcili çağırışa başlaya bilərsiniz. Bununla birlikdə, saat bir dəqiqəlik hərəkətsiz olduğunuzda, avtomatik olaraq zəngə başlayacaq, həmçinin Apple Watch-da qurulmuş olan SOS yoxlama mesajı göndərir.''

Yeni model cihazlar sentyabrın 21-indən etibarən satışda olacaq.

XS
SM
MD
LG