Accessibility links

Ərəb Liqası Suriya barədə görüşü təxirə saldı


Ərəb Liqası xarici işlər nazirlərinin Ciddə şəhərində bazar gününə təyin olunmuş görüşünü təxirə salıb. Nazirlər Səudiyyə Ərəbistanındakı şəhərdə Suriyadakı situasiyanı və liqanın bu ölkə üzrə elçisi Kofi Annanın əvəzlənməsini müzakirə edəcəkdilər.

Ərəb Liqasının rəsmisi təxirəsalmanın səbəbini açıqlamayıb və görüşün bir də nə vaxt keçiriləcəyini deməyib.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton İstanbulda Suriyanı türk rəsmilərlə müzakirə edir.
Xanım Klinton Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Təyyib Ərdoğan və başqa yüksək vəzifəli rəsmilərlə görüşür.

Türkiyə Suriyadan qaçmış on minlərlə adama öz ərazisində sığınacaq verib.
XS
SM
MD
LG