Accessibility links

Çarəsiz miqrantlara Malta sahib çıxdı


Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı Maltanın 141 immiqrantı daşıyan avropalı xilasetmə gəmisinin bir sıra digər ölkələr tərəfindən rədd edildikdən sonra limanlarından birinə lövbər salmağa razılıq verməsini alqışlayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Fransa, Almaniya, Lüksemburq, Portuqaliya və İspaniyanı qaçqınların daha sonra yerləşdirilməsində Maltaya dəstəyini yüksək qiymətləndirib.

Malta dənizdə 4 gün qaldıqdan sonra miqrant gəmilərinə təhlükəsiz liman almağa imkan verib
Malta dənizdə 4 gün qaldıqdan sonra miqrant gəmilərinə təhlükəsiz liman almağa imkan verib

Agentliyin rəhbəri Flippo Qrandi bildirib ki, xilasedici gəmilərin hər hansı sahilə yan alması problemi və ya qeyri-müəyyənlik olmamalıdır.

İlk öncə gəmiyə Aquarius limanına lövbər salmağa razılıq verməyən Malta, sonradan beş Avropa Birliyi ölkələrinin miqrantları qəbul edəcəklərinə razılıq verdikdən sonra öz fikrini dəyişib.

60 miqrantı qəbul etməyə razılıq verən Fransa Maltaya “humanitar jestinə görə” təşəkkür edib.

Avropa Birliyi daxilində sığınacaq veriləcək miqrantlara Maltanın bazar ertəsi günü Aralıq Dənizində xilas etdiyi 114 miqrant da daxildir.

XS
SM
MD
LG