Accessibility links

Argentinanın yoxa çıxan sualtı qayığının axtarışı ilkin əraziyə qaytarılıb


Argentinanın yoxa çıxan sualtı qayığını axtaran gəmilər və təyyarələr ilkin axtarış ərazisinə qayıdıb.

Argentiona Hərbi Dəniz qüvvələrinin sözçüsü kapitan Enrike Balbi deyib ki, noyabrın 15-də sualtı qayıqla son əlaqədən bir neçə saat sonra Amerikanın hərbi mütəxıssisləri və agentlikləri həmin ərazi yaxınlığında “hidro-akustik anomallıq” müşahidə ediblər. Kapitanın sözlərinə görə, bu məlumat, ola bilsin, qayığı axtarmağa ipucu versin.

Argentinanın sualtı qayığı San Juan-la noyabrın 15-dən əlaqə yoxdur. Qayıq Buenos Ayresin 400 km-liyindəki sularda üzürdü. Qayıqda 44 heyət üzvü var. Mütəxəsislərin dediyinə görə, qayıqdakı oksigen 7-10 günə bəs edə bilər.

Axtarış aparılan ərazi 480 min kv km-dir. Bu, İspaniya ərazisi boydadır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG