Accessibility links

Argentina hökuməti qiymət tənzimləmələrinin iqtisadi islahatlara mane olmayacağını deyir


Argentina hökuməti qiymət tənzimləmələrinin iqtisadi islahatlara mane olmayacağını deyir
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Argentina rəsmiləri bazar ertəsi yeni tətbiq etdikləri qiymət tənzimləmə tədbirlərini müdafiə edib və onların daha geniş iqtisadi islahat proqramına zərər verməyəcəyini bildirib. Amma bəzi iqtisadçılar bu addımları prezident Maurisio Makrinin azad bazar çağırışının əleyhinə olduğunu söyləyərək, tənqid edib.

Tənəzzülə uğrayan Argentina ötən həftə oktyabrda keçiriləcək ümummilli seçkilərdən öncə böyük ziyanın dəydiyi istehlakçıların dəstəyini geri qazanmaq məqsədilə onlarla ərzaq malları və ictimai xidmətlərin qiymətlərini dondurub. Seçki ilə bağlı rəy sorğuları Makrinin böyük rəqabətlə üzləşdiyini göstərir.

Bu tədbirlər iqtisadi rahatlıq gətirir, alıcılıq qabiliyyətini yüksəldir.
Dante Sika

“Bu tədbirlər iqtisadi rahatlıq gətirir, alıcılıq qabiliyyətini yüksəldir”, Argentinanın istehsal naziri Dante Sika mətbuat konfransı zamanı bildirib.

Bəzi iqtisadçılar deyib ki, qiymətlərin tənzimlənməsi illik 50 faizdən artıq olan inflasiyanı cilovlamağa yardım etməyəcək və hökümətin populist siyasətə geri döndüyünü göstərir.

Ötən il Latın Amerikasının üç nömləri iqtisadiyyatını böhrandan çıxarmağa yardım etmək üçün Birləşmiş Millətlər Təşkilatı ilə 56.3 milyard dollarlıq razılıq əldə edən Makri, hökümətin bazar və bizneslərə müdaxiləsini azaldacağına söz verib.

Hökümət bazar ertəsi sadiqlik və şəffalığı təmin etmək üçün korporativ əməllərə nəzarəti gücləndirəcək ayrı nizamlamalar qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG