Accessibility links

“Müasir Ailə” adlı televiziya serialının ulduzu, Ariel Vinter sənətini dəyişmək istəyir


Birləşmiş Ştatlarda yayımlanan “Müasir Ailə” adlı televiziya serialının ulduzu, Ariel Vinter sənətini dəyişmək istəyir.

O, E! Televiziya kanalına vəkil olmaq istədiyini deyib.

17 yaşlı aktrisa Kaliforniyada universitetləri dolaşdığını və Amerikanın şərq sahillərindəki universitetlərinə də turnelər təşkil edəcəyini söyləyib.

Görünür Ariel məhkəmədə kino sənətindən daha çox uğur qazanacağına əmindir.

O, “aktyorluq sənəti möhtəşəmdir, lakin başqa sənətdə olmaq mənim üçün vacibdir” deyib.

Bu sənətdə bilmək olmur necə olacaq. Yəni hər an sənə deyə bilərlər “daha bizə lazım deyilsən.”

Arielin şousu uğurla davam edir. Lakin onun xasiyyəti dəyişib.

Ariel daim hüquq sahəsi ilə maraqlandığını və sevdiyi sənətlə məşul olacağını, bu sahədə təhsil alacağını əlavə edib.

Vəkil olmaq istəmək asandır, amma görək Ariel vəkillik üçün mühüm olan əsas imtahanı verə biləcəkmi?

XS
SM
MD
LG