Accessibility links

Arktikadakı neft rezervləri ABŞ və Rusiyanın diqqətindədir [Video]


Arktikadakı neft rezervləri ABŞ və Rusiyanın diqqətindədir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Arktikadakı neft rezervləri ABŞ və Rusiyanın diqqətindədir

Orada Rusiya böyük bir ərazini təbii sərvətlərin istismarına ayırıb

Yer kürəsinin ən ucqar şimal bölgəsi olan Arktikada yeni “Böyük Oyun” gedir. Orada Rusiya böyük bir ərazini təbii sərvətlərin istismarına ayırıb. Bu yaxınlarda isə prezident Barak Obama Shell neft şirkətinin ABŞ-ın nəzarəti altında olan ərazidə qazma layihəsinin sınaqdan keçirməsini təsdiqləyib.

Bəlkə də dünyada kəşf edilməmiş neft və qazın 25 faizi Aktikadadır.

Enerji Şimal Qütbünün bizə hədiyyəsinin böyük hissəsini təşkil etsə də, yeganə hədiyyəsi deyil.

Rice Universitetinin professoru Bil Arnold Alskaya balıq tutmaq səfərindən yenicə dönüb. Orada o, korlanmamış təbiətin şəkillərini çəkib.

“Mən ilk dəfədir belə bir yer görürdüm və buna görə də, Alyaskanın mühafizə olunmasını istəyirəm.”

Lakin sabiq Shell icraçısı ətraf mühitçilərdən fərqli olaraq yeni enerji resurslarının təbiəti korlamadan əldə oluna biləcəyinə inanır. Ətraf mühitçilər isə ABŞ neft şirkətlərinin Arktikada həyata keçirdiyi layihələri qınayırlar və Obamanın bu qərarı ilə bağlı məyusluqlarını ifadə ediblər.

Arktikanın açılmasının səbəbi qlobal istilik nəticəsində buzların əriməsidir. Alimlər qlobal istiliyin neft kimi mədən yanacaqlarının yandırılması nəticəsində baş verdiyi qənaətindədirlər. Arktika isə neftlə zəngindir.

“Bəlkə də dünyada kəşf edilməmiş neft və qazın 25 faizi Aktikadadır.”

Artikanın yarısı ilə sərhəd bölüşən Rusiya bu qütb regionunu öz enerji hasilatı üçün mühüm hesab edir.

“Məncə onlar düşünür ki, ənənəvi ehtiyatlar azaldığı üçün yeni ehtiyatlar tapmaq lazımdır və bu ehtiyatların böyük qismi elə Artikadadır.”

Rusiyanın ərazidəki fəaliyyəti Moskvanın Krımı Ukraynadan ilhaq etməsi nəticəsində Qərb ölkələrinin Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra yavaşılayıb, çünki Qərb şirkətləri Rusiya ilə əməkdaşlıqarını dayandırıblar.

Ənənəvi ehtiyatlar azaldığı üçün yeni ehtiyatlar tapmaq lazımdır və bu ehtiyatların böyük qismi elə Artikadadır

Lakin Bill Arnold Arktikanın kəşfiyatlara açılmasının digər strateji tərəflərinin olduğunu deyir.

O, ABŞ-dan fərqli olaraq Rusiyanın regionda geniş hərbi mövcudluğunun olduğunu deyir.

O həmçinin bildirir ki, bir çox ölkələr buzlar ərdiyi zaman Arktika suları üçün naviqasiya layihələri inkişaf etdirirlər.

“Onun potensialı hələ ki, yoxlanılmayıb və naməlumdur, amma belə bir dar ərazidə naviqasiyanın olması olduqca əhəmiyyətli ola bilər.”

ABŞ-ın enerji istehsalına gəldikdə isə Arnold deyir ki, Shell-in kəşfiyyatının geniş-miqyaslı hasilata çevrilməsi azı 7-10 il sonra baş verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG