Accessibility links

İncəsənət hər yerdə [Video]


Incəsənət hər yerdə
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Avqust ayında Amerika şəhərləri açıq havada rəssamlıq qalereyasına çevrildi. Ölkənin ən məşhur sənət əsərlərinin şəkillərini reklam lövhələrində, avtobus dayanacaqlarında, metro platformalarında və başqa yerlədə görmək olardı. “İncəsənət hər yerdə” birgə layihəsi ölkənin beş ən böyük muzeyi tərəfindən həyata keçirilir. Bunlar Çikaqonun “İncəsənət İnstitutu”, Dallasın “Rəssamlıq Muzeyi”, Los-Ancelesdəki İncəsətnət, Nyu-Yorkun “Amerika Sənəti Muzeyi” və Vaşinqtonun “Milli İncəsənət Qalereya”sıdır. Layihənin məqsədi kütləyə incəsənətdən həzz vermək, eləcə də ölkənin mədəniyyəti və tarixi haqda məlumatlandırmaqdır.

Çild Həssamın Milli İncəsənət Qalereyasında nümayiş etdirilən “Müttəfiqlər günü, May. 1917” əsəri avqust ayı boyu Vaşinqtonun avtobus dayanacaqlarında və ölkənin yüzlərlə digər şəhərlərində nümayiş etdirilir.

“İncəsənət hər yerdə” layihəsinə 58 məşhur əsər və şəkil, Amerikanın 230 illk tarixini əks etdirən şəkillər və müxtəlif yerlədə çəkilən 50 minə qədər reproduksiya daxildir.

Milli İncəsənət Qalereyasının kuratoru Çarlz Brok: “Bu, doğrudan da Amerika mədəniyyətinin təbliği deməkdir.”

Çarlz Brok deyir ki, belə bir layihənin digər səbəbi insanları muzeylərə cəlb etməkdir. “Muzeylərin məqsədi mədəniyyəti gələcək nəslə çatdırmaqdır. Ona görə də biz gələcək nəslin bütün bunlara marağı olduğuna əmin olmalıyıq.”

Ziyarətçi Elizabet Vanbik: “İncəsənətin hər yerdə olması çox yaxşıdır, Bu, uşaqların da məlumatlanmasına yardım edir.”

“İncəsənət hər yerdə” kampaniyasına Böyük Britaniyadan Riçard Ridin də töhfəsi olub. “Amerika mənim üçün hər şeyi qabarıq, daha iri miqyasda və daha gözəl təqdim edən bir ölkədir.

Aprel ayında amerikalılar muzeylər tərəfindən nominasiya edilən 100 əsərə səs verib. Çikaqonun İncəsənət İnstitutunda nümayiş etdirilən Edvard Hopperin 1942-ci ildə çəkdiyi “Gecə qırğıları” əsəri daha çox səs toplayıb.

Bir ay çəkən bu kampaniya Stefan Freytasin “Amerikanın Küçə Reklamları Assosiasiyası” tərəfindən maliyyələşdirilib. “İnsanlar veb səhifəsindən çox istifadə edir. Biz də onlara sənət əsərləri olan xəritələri təqdim edirik. Adamların incəsənət əsərləri ilə birg selfilər çəkərək Instagrama yerləşdirməsi bizi ruhlandırır.”

Beləliklə, qalereya ayı baş çatdıqca hər kəs özünü qalib hiss edir.

Vaşiqntondan NC AS

XS
SM
MD
LG