Accessibility links

Barak Obama Rusiya ilə yeni nüvə sazişinin milli təhlükəsizlik üçün vacib olduğunu deyib


Barak Obama Rusiya ilə yeni nüvə sazişinin milli təhlükəsizlik üçün vacib olduğunu deyib
Barak Obama Rusiya ilə yeni nüvə sazişinin milli təhlükəsizlik üçün vacib olduğunu deyib

ABŞ prezidenti Barak Obama deyir ki, Rusiya ilə yeni nüvə sazişi milli təhlükəsizlik üçün vacibdir, lakin başlıca prioritet Amerikanın orta sinfi üçün vergiləri azaltmaqdır. Cənab Obama müxbirlərlə Demokrat və Respublikaçı Konqres liderləri ilə görüşün ardınca danışıb.

Prezidentin sözlərinə görə hər iki tərəf birgə işləmək üçün səmimiyyət nümayiş etdirib. START kimi tanınan müqavilə ABŞ və Rusiyanın nüvə arsenalını 30% azaltmağı nəzərdə tutur. Cənab Obama deyib ki, nüvə paktını hər iki partiyadan olan hərbi rəsmilər və diplomatlar dəstəkləyirlər. Bəzi Respublikaçılar sazişlə bağlı narahatlıqlarını izhar edərək, bunun Amerikanın raketdən müdafiə səylərinə ziyan vuracağından gileylənir. Nümayəndələr Palatasının spikeri olacaq Con Beyner deyib ki, Konqresdəki Respublikaçılar yekdilliklə razılaşırlar ki, vergi endirimləri və hökumət xərclərinin azaldılması başlıca prioritet olmalıdır.

XS
SM
MD
LG