Accessibility links

Benyamin Netanyahu sabah Amerikaya 5 günlük səfər edir


Benyamin Netanyahu sabah Amerikaya 5 günlük səfər edir
Benyamin Netanyahu sabah Amerikaya 5 günlük səfər edir

İsrailin baş naziri Benyamin Netanyahu sabah Amerikaya 5 günlük səfər edir. Bu, onun sentyabr ayının əvvəlləri Vaşinqtonda keçirilən sülh müzakirələrindən sonra ilk səfəridir. Benyamin Netanyahu Luiziana ştatının Yeni Orleans şəhərində ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşəcək. Daha sonra cənab Netanyahu Nyu-Yorkda BMT-nin baş katibi Ban Ki Munla müzakirələr keçirəcək. Baş nazirin Şimali Amerika Yəhudi Federasiyasının Baş Assambleyasının illik yığıncağında iştirak edəcəyi gözlənilir. Israil liderinin prezident Obama ilə görüşü planlaşdırılmayıb. Belə ki, ABŞ dövlət başçısı Asiya ölkələrində səfərdədir.

XS
SM
MD
LG