Accessibility links

Bu gün ABŞ-da Xatirə Günü qeyd edilir


Bu gün ABŞ-da Xatirə Günü qeyd edilir
Bu gün ABŞ-da Xatirə Günü qeyd edilir

Bir çox ölkədə olduğu kimi, Amerikada da hər il hərbi xidmətdə ikən həlak olan insanların xatirəsi yad edilir. Bu qədim ənənənin kökləri Afinanın dövlət xadimi Periklın çıxışından qaynaqlanıb. O demişdi:”müharibələrdə həlak olanlar dəyərli insanlardır və onlar yaşayanların qəhrəmanlıq ruhudur ”.

Bu gün may ayının 30-u Xatirə Günü bunabənzər nitqlər Amerikanın demək olar ki, hər yerində səslənir, müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu gün ABŞ-dakı hərbi qəbiristanlıqlara kiçik bayraqlar sancılıq, qurbanların ailə üzvləri qəbirləri ziyarət edir.

Xatirə Günü vətənlərinin azadlığı uğrunda canından keçənlərə ehtiram günüdür. Onların bəzisi döyülər zamanı, həbsxanalarda, digərləri isə xəstəliklər səbəbi ilə dünyasını dəyişib.Əksəriyyəti gənc olan bu insanlar vətənlərinin istiqlaliyyəti uğrundan canılarını fəda ediblər. Yüz minlərlə hərbiçi Şimali Afrika, Avropa Sakit Okeanı hövzəsi, Asiya və Yaxın Şərq kimi digər ölkələr uğrunda canından keçib.

Xatirə Günü müharibələr və ya döyüşlər yad edilmir. Bu gün yalnız həyatını vətən uğrunda qurban verən qəhrəmanların xatirəsi anılır.

XS
SM
MD
LG