Accessibility links

Əfqanıstan müharibəsinə son qoyulması səyləri davam edir


Əfqanıstan müharibəsinə son qoyulması səyləri davam edir
Əfqanıstan müharibəsinə son qoyulması səyləri davam edir

Türkiyə Əfqanıstan müharibəsinə son qoyulması səyləri çərçivəsində Talibanın Türkiyədə ofis açmasına icazə verəcəyini bildirir. Türkiyənin Macarıstanda səfərdə olan baş naziri Əhməd Davutoğlu deyib ki, Əfqanıstan hökumətinin tələbi qarşılığında Taliban ofis aça bilər. Bu addım qrup üzvlərinin əfqan rəsmilərlə qərəzsiz məkanda görüşməsinə imkan yaradacaq. Türkiyə rəsmiləri bundan əvvəl Əfqanıstan hökumətinin təsis etdiyi sülh şurasının rəhbəri Bürhanəddin Rəbbani ilə görüş keçirib. Şura Taliban döyüşçülərinin silahlarını yerə qoyub, konstitusiyanı qəbul etməsinə çalışır.

XS
SM
MD
LG