Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd Əl-Həmli neft qiymətlərinin artmasına, dünya bazarlarında neft qıtlığı deyil, Yaxın Şərqdə siyasi, Yaponiyada sunami və nüvə böhranının yol açdığını deyib. Nazir Parisdə keçirilən konfransda böhranların neft qiymətlərini 30 ay ərzində ən yüksək nöqtəsinə çatdırdığını bildirib. Londonda bir barrel neftin qiyməti 122, Nyu-Yorkda 108 dollara çatıb. Məhəmməd Əl-Həmli deyib ki, dünyanın 80 faiz neft ehtiyatına malik olan OPEK dünya bazarlarını neftlə təmin etmək imkanına malikdir. 2008-ci ildən bəri neftin dəyəri bu qədər artmamışdı. Liviyada fevral ayından bəri 1.6 milyon barrel gündəlik neft istehsalı dayanıb.