Accessibility links

Üsama Bin Ladenin evində aşkar edilən videolar açıqlanıb


Üsama Bin Ladenin evində aşkar edilən videolar açıqlanıb
Üsama Bin Ladenin evində aşkar edilən videolar açıqlanıb

ABŞ-ın kəşfiyyat rəsmiləri Əl-Qaidə lideri Üsama Bin Ladenin evində aşkar edilən bir neçə videonu açıqlayıb. Bu gün jurnalistlərə nümayiş etdirilən videoların birində Bin Ladenin özü haqda televiziya proqramını izlədiyi göstərilir.

Pakistandakı evində ağ saçlı və ağ saqqallı Bin Ladeni göstərən videonun audiosu olmayıb. Digər bir videoda isə onun saqqalı rənglənmiş olub. Amerika xalqına mesaj adlanan videonun keçən ilin oktyabr və ya noyabr aylarında lentə alındığı təxmin edilir.

Kəşfiyyat rəsmilərinin müxbirlə keçirdikləri brifinqdə deyilib ki, DNK testlərinin öldürülən şəxsin Bin Laden olmadığını göstərməməsi şansı cüzidir.

XS
SM
MD
LG