Accessibility links

13 beynəlxalq təşkilat Eynulla Fətullayevin azadlığını tələb edir


13 beynəlxalq təşkilat Eynulla Fətullayevin azadlığını tələb edir
13 beynəlxalq təşkilat Eynulla Fətullayevin azadlığını tələb edir

Beynəlxalq təşkilatlar Xarici İşlər Nazirləri Komitəsinin üzvlərini Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi haqqında qərarını icra etməsinə nail olmaq üçün əllərindən gələni etməyə çağırır.

Söz azadlığı və mətbuatın müdafiəsi sahəsində fəaliyyət göstərən 13 beynəlxalq təşkilat jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsinə yardım çağırışı ilə Avropa Şurası Nazirlər Komitəsinə müraciət edib.
Müraciətdə Xarici İşlər Nazirləri Komitəsinin üzvləri komitənin martın 8-də keçiriləcək iclasında Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi haqqında qərarını icra etməsinə nail olmaq üçün əllərindən gələni etməyə çağırılır.
Sənədi "Sərhədsiz reportyorlar", Artikl 19, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House, Index censorship və digər təşkilatlar imzalayıb.

XS
SM
MD
LG