30 minə yaxın Kipr türkü Türkiyə hökumətinin zabitəlilik paketinin yenidən nəzərdən keçirilməsi tələbi ilə yürüş keçirib.Türkiyə hökuməti və baş naziri əleyhinə şüarlar səslənib. Nümayişçilər “Dərhal sülh və çarə”, “Ankara əllərini çək”, “Biz Kipr türkləriyik, sən kimsən?” sözləri yazılmış plakatlar qaldırıb. Müxalifət partiyaları və həmkarlar ittifaqları maaşların 40 faiz azaldılması və vergilərin artırılması ölçülərinin əleyhinə çıxış edir. Şimali Kiprin illik iqtisadi məsrəflərinə böyük yardım göstərən Türkiyə xüsusilə üzəl sector olmaqla, ciddi ölçülərə əl atıb.