Mayın 3-də İran körfəzinin 6 ərəb ölkəsinin - Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər və Səudiyyə Ərəbistanının daxili işlər nazirləri birgə bəyanat yayaraq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin son bəyanatına kəskin reaksiya verib.
Həsən Firuzabadi aprelin 30-da jurnalistlərə açıqlamasında Fars körfəzinin başdan-başa İrana məxsus olduğunu demişdi: “Fars körfəzi həmişə İrana məxsus olub, olacaq da”.
“Media forum” saytının məlumatına görə, nazirlərin bəyanatda deyilir ki, Həsən Firuzabadinin açıqlaması təhrikçi xarakter daşıyaraq bölgədəki qonşu ölkələr arasındakı dinc yanaşı yaşamaq prinsiplərinə xələl gətirir: “Bu körfəz ərəb körfəzidir və həmişə də ərəb körfəzi olaraq qalacaq”.
Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər və Səudiyyə Ərəbistanının daxili işlər nazirləri birgə bəyanat yayaraq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin son bəyanatına kəskin reaksiya verib.