Accessibility links

“Azərbaycanı ABŞ-ın strateji müttəfiqi hesab etmirəm” [Video-Müsahibə]


Riçard Kazlariç Azərbaycandakı həbsləri şərh edir
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Riçard Kazlariç Azərbaycandakı həbsləri şərh edir

Amerikanın Səsinə müsahibədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Azərbaycandakı son həbs dalğası və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi haqda düşüncələrini paylaşıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti Amerika ilə oxşar dəyərlər paylaşmır və bu seçim özünü Azərbaycan hökumətinin anti-demokratik əməllərində büruzə verir.

Amerikanın Səsi: Cənab səfir, Azərbaycanda müxalif fəallar və jurnalistlərə qarşı yeni həbs dalğası müşahidə edilir. Sizcə, bu son basqıların arxasında hansı motivlər dayanır?

Riçard Kazlariç: Hər şeydən öncə deməliyəm ki, son iki il ərzində siyasi müxalifət və müstəqil mediaya qarşı həbslər və digər basqılar həyata keçirildiyini müşahidə edirik. Bir tərəfdən burada heç bir yenilik yoxdur. Digər tərəfdən isə İlham Əliyevin Amerikaya səfərindən sonra siyasi məhbusların azad edilməsi kimi bir yeniliklə üzləşdik. Nəyə görə bunlar məhz indi baş verir? Bunun üçün Türkiyədə cərəyan edən hadisələrə diqqət yetirilməlidir. Çevriliş cəhdi bir çox həyatların itirilməsi ilə nəticələndi. Bundan əlavə, konstitusiyaya dəyikşiklik etmək faktına diqqət yetirilməlidir. Hökumət indi və sentyabrın 26-da referendumadək ictimaiyyət arasında kəskin suallar qaldıran səsləri susdurmağa çalışacaq. Onun nəzərində Türkiyədə çevriliş cəhdi bütün siyasi müxalifət və müstəqil mediaya qarşı bu addımlara bəraət qazandırmış olur.

Amerikanın Səsi: Müxalifət konstitutsiyaya ediləcək dəyişiklikləri ciddi tənqid edir. Təklif edilən düzəlişlər haqda siz nə düşünürsünüz?

Belə görünür ki, konstitutsiyaya dəyişiklik rejim və qohumların mövqeyinin möhkəmləndirilməsi mahiyyəti daşıyır.

Riçard Kazlariç: Açığını deyim, mən bunu başa düşmürəm, xüsusilə də hökumətin əmlak hüquqlarına dair mövqeyini. Vitse-prezident vəzifəsinin yaradılması, qanunvericilərin yaş hədlərinin dəyişdirilməsi məni narahat edir. Belə görünür ki, bu, rejim və qohumların mövqeyinin möhkəmləndirilməsi mahiyyəti daşıyır. Beləliklə, gələcəkdə kimin hakimiyyətdə olacağına dair sual ortadan qalxır. Referendumdan dərhal sonra hökumətin yeni konstitutsiyaya əsasən növbədənkənar seçkilərə çağırması mümkündür. Spesifik bir nümunə göstərə bilməsəm də, buna real bir mümkünat kimi baxıram.

Amerikanın Səsi: Son günlər Azərbaycan hökuməti “gülənçilərə” qarşı kampaniya başladıb. Ümumiyyətlə, Azərbaycanda “gülənçilər” varmı? Əgər varsa onların hökumətə nə kimi təhdid ola bilər?

Qafqaz Universiteti 1993-cü ildə təsis olunub.
Qafqaz Universiteti 1993-cü ildə təsis olunub.

Riçard Kazlariç: Maraqlı sualdır. Belə ki, Fətullah Gülən Amerikadadır. Gülən hərəkatı qlobal bir hərəkatdır – xüsusilə də onun tədris fəaliyyətləri. Mən Bakıdan Bosniya-Herseqovinaya səfir kimi köçdükdə Sarayevoda da Gülən məktəbləri fəaliyyətdə idi. Gülənçilərin Azərbaycanda olması təəccüb doğurmamalıdır. 90-cı illərdə Heydər Əliyevin hakimiyyəti altında bu məktəblər Azərbaycanda da heç bir təzyiq olmadan fəaliyyətdə idi. Gülənçilərin hökumətə hədəsi barədə sualı yəqin ki, hökumət nümayəndələri cavablandıra bilər. Gülən hərəkatının Azərbaycanda hökumət əleyhinə yönəldiyini düşünmürəm İnanıram ki, btütn bunlar Türkiyə hökumətinin təzyiqləri altında baş verir. Narahatedici faktor hökumətin nəzarəti altında olan və ya hökumətə yaxın mətbuat orqanlarının Amerikanı Bakıda çevrilişə yol açacaq bir vəziyyət yaratmaqda ittiham etməsidir. İnsanların belə ideyalarına inanmaq çətindir. Gülənin Azərbaycan və ABŞ-dakı fəaliyyətləri haqda təhrif edilmiş, yalan və yanlış məlumatlar dolaşır. Bütün bunlar ölkələr arasında yaxşı münasibətlərin saxlanmasına xidmət etmir. Bu mənə 2014-cü ildə Ramiz Mehdiyev və onun tərəfdarlarının Amerikanın Azərbaycan hökuməti ilə bağlı mövqeyinə dair ritorikalarını xatırlatdı.

Amerikanın Səsi: Azərbaycan son zamanlar borc, dollar qıtlığı kimi iqtisadi problemlərlə üzləşib. Bu problemlərin həlli yolunda hökumət nə kimi addımlar atmalıdır?

Ciddi ölçülər götürülməsə, sosial və iqtisadi problemlər qaçılmaz olacaq. İqtisadi böhran sözlər və toplantılarla deyil, əməllərlə aradan qaldırıla bilər.

Riçard Kazlariç: Bir iqtisadçı, diplomatik karyerasının çox hissəsini iqtisadi məsələlər sərf edən bir insan kimi enerji istehsal edən ölkələrlə yanaşı Azərbaycandakı duruma da nəzər salıram. Bir barrel neftin qiyməti 100 dollar ikən vəziyyət daha yaxşı idi. İndi 50 və ya daha aşağı qiymətlər vəziyyəti mürəkkəbləşdirib. Venesuela, Körfəz ölkələri və ya Azərbaycan olmasından asılı olmayaraq, ciddi və radikal islahatlara ehtiyac var. İqtisadiyyat enerjidən digər sahələrə yönəldilməlidir. Məni narahat edən praktiki ölçülərin götürülməməsidir. İqtisadiyyat hələ də həcmi və dəyəri azalmaqda olan enerji ixracından asılıdır. Ciddi ölçülər götürülməsə, sosial və iqtisadi problemlər qaçılmaz olacaq. İqtisadi böhran sözlər və toplantılarla deyil, əməllərlə aradan qaldırıla bilər.

Amerikanın Səsi: Siz hələ də Azərbaycanı ABŞ-ın geostrateji müttəfiqi hesab edirsinizmi?

Riçard Kazlariç: Mən Azərbaycanı heç vaxt ABŞ-ın strateji müttəfiqi kimi görməmişəm. Hətta mən səfir olanda da bizim ortaq maraqlarımız var idi. Biz münasibətlərimizi enerji baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan inkişaf etdirmək istəyirdik. Çalışırdıq ki, Azərbaycanın suvereniteti və müstəqilliyinə təminat verək – hansı ki, erkən çağlarda bu məsələlər kövrək idi. Strateji tərəfdaşlıq paylaşılan dəyərlər deməkdir. Bizim demorkatiya, insan haqları və bazar iqtisadyyatı ilə bağlı dəyərlərimiz artan şəkildə Azərbaycan hökumətinin dəyərlərindən fərqlənir. Azərbaycan hökuməti belə görünür ki, idarəçiliyin Vladimir Putin modelini təqib edir – ABŞ-la qarşıdurma, avtokratik idarəçilik mexanizmləri və qlobal iqtisadiyyata inteqrasiya etməmək. Ümumi dəyərlər olmadan strateji tərəfdaşlıq qurmaq çətindir. Sualınıza qısa cavab budur ki, mən strateji müttəfiqlik görmürəm. Belə ola ilərmi? Bu, vaxt və seçim məsələsidir. Seçim Bakınındır, Vaşinqtonun yox.

Amerikanın Səsi: ABŞ prezident seçkilərinə iki ay qalır. Yeni administrasiya dönəmində ABŞ-Azərbaycan münasibətlərində hansı dəyişiklikləri gözləmək olar?

Azərbaycan hökuməti belə görünür ki, idarəçiliyin Vladimir Putin modelini təqib edir – ABŞ-la qarşıdurma, avtokratik idarəçilik mexanizmləri və qlobal iqtisadiyyata inteqrasiya etməmək.

Riçard Kazlariç: Mən seçkiləri, ələlxüsus da öz seçkilərimizi proqnozlaşdırmaqda çətinlik çəkirəm. Kimin udacağını bilmirəm. Mən sorğulara da şübhə ilə yanaşıram. Eyni zamanda, əlavə etmək istərdim ki, kimin prezident olmasından asılı olmayaraq yeni administrasiyanın yeni xarici siyasət prioritetləri olacaq. Bu sırada Cənubi Qafqaz ölkələri, ələlxüsus Azərbaycan da yer alacaq. İstər Respublikaçı olsun, istərsə də Demokrat, Amerika ictimaiyyəti yeni administrasiyanı öz prioritetlərini aydınlaşdırmağa vadar edəcək. Son onilliklərdə ikipartiyalı konsensus NATO ittifaqı, demokratiya və insan haqlarına dəstəyimiz üzərində bərqərar olub. Söhbət Demokratlardan Respublikaçılara dəyişiklikdən getmir. Dəyişiklik bundan daha fundamental olacaq. Hətta Obamadan Klintona keçid də fərqli xarici siyasət gətirəcək. Mən Klintonun Obamanın xarici siyasətini davam etdirəcəyini güman etmirəm. Bu çox fərqli və fundamental olacaq. Dəyişiklik olacaq, və Azərbaycan hökuməti bunu dərk etməldir. Eyni zamanda Azərbaycan niyə Amerika xarici siyasətində prioritet olmalı olduğunu əsaslandırmalıdır. Hazırda isə bunun əksi olaraq ortada elə bir şərait var ki, burada çevriliş ittihamları səsləndirilir. Bu isə yeni prezidentin münasibətlərə baxışında müsbət düşüncələrə yol açmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG