Accessibility links

Seymur Namazov: Siyasi baxışlarıma görə 17 il işlədiyim teatrdan uzaqlaşdırıldım [Audio-Müsahibə]


Seymur Namazov
Seymur Namazov

Musiqili Teatrın artisti piketdə iştirak etdikdən sonra işdən azad edilib

Müsavat Partiyasının noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi piketdə iştirak edən Seymur Namazov Dövlət Musiqili Teatrından işdən çıxarılıb.

Seymur Namazov Müsavat Partiyası Abşeron rayon təşkilatının fəalıdır.

Namazov Amerikanın Səsinə müsahibəsində bildirib ki, 17 il Musiqili Teatrda balet artisti işləyib.

Seymur Namazov: Siyasi baxışlarıma görə 17 il işlədiyim teatrdan uzaqlaşdırldım
please wait

No media source currently available

0:00 0:02:55 0:00

“Noyabrın 4-də mənə piketdə çəkilən şəkillərimi göstərdilər və rəhbərliyin mənimlə işləmək istəmədiyini dedilər. Halbuki, həmin gün tamaşam var idi”, o qeyd edib.

Namazov az əmək haqqı alsa da teatrın onun ikinci evi olduğunu deyib.

“Mənim işdən azad edilməyim birbaşa siyasi baxışlarımla bağlıdır. Siyasi baxışlarıma görə, bir piketdə iştirakıma görə, bir fotoya görə 17 il çalışdığım teatrdan işdən çıxarıldım”.

Seymur Namazov “Əmək Məcəlləsi”nin hansı bəndi ilə işdən azad edilməsi barədə ona sənəd təqdim edilmədiyini bildirib.

“Mən əmək intizamını pozmamışam, teatrın fəaliyyətinə mane olmamışam, vaxtında işə getmişəm, tamaşalarda iştirak etmişəm”.

Namazov həmçinin siyasi baxışlarından imtina etməyəcəyini deyib.

“Mən Müsavat Partiyasının üzvüyəm və düz yoldayam. Siyasi baxışlarımdan imtina etmək fikrində deyiləm”, fəal qeyd edib.

Seynur Namazov
Seynur Namazov

O Müsavat rəhbərliyi ilə məsləhtləşmə apardıqdan sonra hüquqlarının müdafiəsi üçün qanunvericilik çərçivəsində mübarizə aparacağını bildirib.

Öz növbəsində Azərbaycan Dövlət Musiqili Teatrından balet artistinin işdən azad edilməsinin səbəbləri ilə bağlı sualımıza cavab almaq mümkün olmayıb.

Seymur Namazov
Seymur Namazov

Xatırladaq ki, son günlər Milli Şuranın mitinqində iştirak etdiyinə görə Azərbaycan Dövlət Milli Akademik teatrının üç aktyoru da vəzifəsindən azad edilib.

Bir neçə gün öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aktyorların mitinqdə iştirakı ilə bağlı açıqlama verib.

“Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, nazir qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG