Accessibility links

Ketrin Eşton: Viktor Yanukoviçin ticarət və əməkdaşlıq sazişini imzalamaq niyyətindədir


Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Ukrayna prezidenti Viktor Yanukoviçin ticarət və əməkdaşlıq sazişini imzalamaq niyyətində olduğunu deyir.

Bu gün Brüsseldə müxbirlərlə danışan Ketrin Eşton deyib ki, Ukraynanın qısamüddətli iqtisadi və maliyyə problemləri sənədin imzalanması ilə həll edilə və bu qurumun investorlarını Ukraynaya cəlb edə bilər.

O, Ukraynanın dövlət başçısı ilə müzakirələrdən sonra deyib ki, Yanukoviç sazişi imzalamaq istədiyini bildirib.

Ukraynada isə Avropa İttifaqı ilə əlaqələr qurulması çağırışı ilə aksiyalar davam edir. Kiyevin Müstəqillik Meydanında minlərlə nümayişçi iğtişaş polisi tərəfindən təzyiqlərə məruz qalıb.

ABŞ polisin əməllərini qınayaraq, sanksiyalar da daxil edilməklə onlara cavab veriləcəyini bildirib.

Ukraynanın müxalifət liderləri prezident Viktor Yanukoviçin müzakirələr təklifini rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG