Accessibility links

Aşınmış qığırdağı bərpa etmək üçün kök hüceyrələrindən istifadə olunur [Video]


Aşınmış qığırdağı bərpa etmək üçün kök hüceyrələrindən istifadə olunur
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Aşınmış qığırdağı bərpa etmək üçün kök hüceyrələrindən istifadə olunur

Təxmin edilir ki, dünya boyu hər 100 nəfərdən ikisinin oynaqları ya dəyişilib ya da dəyişilməlidir. İndi bəzi polşalı həkimlər kök hüceyrəsi texnologiyasından istifadə edərək, aşınmış qığırdağı metalla əvəz etmək yerinə, onu bərpa edirlər.

Qığırdaq, yəni burada gördüyünüz ağ maddə sümüklərin bir-birinə sürtünməsinin qarşısını alır. O, bədənin amartizatorudur.

Bu üsulun yeniliyi ondan ibarətdir ki, biz qığırdağı bərpa edə bilən göbək ciyəsindən alınan kök hüceyrəsindən istifadə edirik.
Dr. Boquslav Sadlik

Lakin yaşlandıqca qığırdaq aşına bilər. Belə olanda isə həmin insanı ya əməliyyat etmək ya da oynağı metal oynaq ilə əvəzləmək lazımdır.

İndi isə bir qrup polşalı həkim bunun əvəzinə kök hüceyrəsindən istifadə edərək yeni qığırdaq inkişaf etdirir. Onların bu üsulu isə nəticə verir.

“Bu üsulun yeniliyi ondan ibarətdir ki, biz qığırdağı bərpa edə bilən göbək ciyəsindən alınan kök hüceyrəsindən istifadə edirik," deyə Vahid Bərpa Mərkəzindən Dr. Boquslav Sadlik bildirir.

Bu üsul bədənin özü-özünü bərpa etməsinə imkan yaratmaqla yanaşı, həm də oynaqların dəyişilməsi əməliyyatından daha az invazivdir.

“Biz hüceyrələri bio-implantın üzərinə qoyuruq və birlikdə onları diz və ya topuqdakı qüsurlu qığırdağın üzərinə yerləşdiririk,” Dr. Sadlik deyir.

Bu üsul mükəmməl nəticə verməsə də, əməliyyat olunan insanlar onun işlədiyini deyir.

“Artıq iki ay keçib. Hazıda mənim ayağım o dərəcədə işləkdir ki, mən otaqda qoltuqağacı olmadan gəzə bilirəm. Amma pilləkən qalxmaq üçün hələ də ondan istifadə edirəm," deyə pasient Kristian Yanko bildirir.

Kök hüceyrəsini dəyişmək müalicəsi hələ ki, erkən mərhələlərindədir və bir gün metal oynaqlara olan ehtiyacı tamamilə aradan qaldıra bilər.

“Hazırda biz metal bud-çanaq oynağını bioloji oynaq ilə əvəzləmək yolunda irəliləyirik. Biz hələ bu yolun başındayıq və oynağı tamamilə əvəz etdiyimizi deyə bilmərik, amma əgər bəzi xəstələrdə metal protezlərə olan ehtiyacı bir az da olsa ləngidə bilsək, bu, bizim üçün böyük uğur olar,” Dr. Sadlik deyir.

Hələ ki, indiyədək təkcə 12 xəstənin oynağında kök hüceyrəsi dəyişilib. Bu üsulun effektivliyi ilə bağlı araşdırma hələ də aparılır və alimlər ümid edir ki, onlar bu texnologiyanı daha da təkmilləşdirə biləcək.

XS
SM
MD
LG