Accessibility links

Asiya mənşəli amerikalılar qaradərililərə dəstək nümayiş etdirir


Asiya mənşəli amerikalılar qaradərililərə dəstək nümayiş etdirir
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Asiya mənşəli amerikalılar qaradərililərə dəstək nümayiş etdirir

Polis qəddarlığı və irqi ayrı-seçkiliyə qarşı aksiyaların əksəriyyəti dinc keçib. Asiya mənşəli amerikalılar da daxil olmaqla, bütün irqləri təmsil edən nümayişçilər üçün Corc Floydun ölümü oyanış mahiyyəti daşıyıb.

Merilend ştatının sakini Aryani Onq illərdir qaradərililərin ölümünü gördüyünü, lakin Floydun ölümünün başqa olduğunu deyir.

“Bu barədə çox intensiv düşündüm. Bu, mənim üçün katalizator anı idi. Qara ölümlərinin bir simvolik mahiyyəti var. Bu, diqqətimi Asiya amerikalılarının fəallığından qaraların daha geniş mübarizəsinə yönəltməyimə səbəb olan ölüm idi.”

Asiyalılar və Asiya mənşəli amerikalılara qarşı irqi-ayrıseçkilik Covid-19 pandemiyasının ABŞ-da yayılması ilə baş qaldırıb.

Merilend ştatının qanunvericisi Lili Qinin dediyinə görə, qaralar və asiyalıların icmaları bir araya gələrək diskriminasiya və ön yarqılara qarşı birgə mübarizə aparır.

“Belə görünür ki, çinlilər və Asiya mənşəli amerikalılar ayağa qalxıb. Onlar ağ məhəllələrdə yaşayıb, prestijli məktəblərə getmək, yaxşı təhsil alıb, yaxşı yerlərdə işləyə biləcəklərini düşünür. Təkcə bir virus belə bir təsəvvür yaradıb ki, sən amerikalı deyilsən. Bu oyanış təbili idi. Pandemiya oyanış təbili oldu. Corc Floydun ölümü də oyanış təbilidir..”

Merilend ştatının Rokvill şəhərində yuxarı sinif şagirdlərinin etiraz aksiyasının təşkilatçılarından biri asiyalıların qaradərili amerikalılara həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirir.

“Mən fikir verdim ki, asiyalı dostlarımla bərabər bütün rəngli insanlar bu hərəkatdan təsirlənib. Onlar afro-amerikalılarla çiyin-çiyinə dayanırlar. Asiyalı və çinli amerikalılar bir yoldaşlıq nümayiş etdirirlər. Onlar bizimlə bərabər dayanırlar” - deyə, Loren Peyn bildirib.

Asiya mənşəli amerikalı nümayişçilərin özləri də bu dönüşdən məmnundur.

“Mən ətrafımda fərqli insnaları görməkdən məmnunam. Xüsusilə gənclər və yetkinləri. Bu, sevindirici haldır. Mən icmalar arasında dəstək və narazılıqların şahidi oldum..” -deyə, Aryani Onq bildirib.

Onlar asiyalı yeni mühacirləri də həmrəyliyə təşviq edir.

“İnsanlar gözlük və maska taxarkən kimin asiyalı olub, kiin olmadığını bilmirsən, lakin mən bunu çox görmüşəm. Mənim kimi yeni amerikalılar da tarixi, mədəniyyəti və bu ölkənin mücadilələrini öyrənməlidir” - deyə, Lili Qi əlavə edib.

Asiya mənşəli amerikalıların da öz çətin tarixləri olub. Yüz minlərlə Yaponiya mənşəli amerikalı İkinci Dünya Müharibəsi zamanı xüsusi düşərgələrdə saxlanılıb.

XS
SM
MD
LG