Accessibility links

Assanjın kommunikasiyası məhdudlaşdırılıb


Wikileaks saytının təsisçisi Culian Assanjın beş ildən artıqdır sığındığı Londondakı Ekvador səfirliyindən kənar heç kəslə ünsiyyət saxlanılmasına icazə verilmir.

Ekvador hökuməti bildirib ki, Assanj digər ölkələrin işlərinə qarışmaması üçün onun xarici dünyayla əlaqələri kəsilib.

Bu barədə qərar Assanjın Tviter vasitəsilə keçmiş rusiyalı agentin İngiltərənin Salisburi şəhərində zəhərlənməsinin arxasında Rusiyanın olduğunu iddia edən Britaniya ittihamlarını sorğu-sual etməsindən bir neçə gün sonra verilib.

Ekvador səfirliyi tərəfindən Assanja sığınacaq verilməsi onu seksual cinayətlər ittihamı ilə həbs olunaraq, İsveçə təhvil verilməsinin qarşısını alıb. Assanjın özü bu ittihamları təkzib edib.

İsveç istintaqı artıq bir ildən çox bağlı olsa da, zaminlik şərtlərini pozduğuna görə Assanj Britaniyada həbs oluna bilər.

XS
SM
MD
LG