Accessibility links

AstraZeneca COVID-19 peyvəndinin sınaqlarını dayandırıb


Britaniya-İsveç əczaçılıq nəhəngi olan Astra-Zeneca şirkəti peyvənd edilən könüllülərdən biri xəstələndiyinə görə COVID-19 peyvəndinin genişmiqyaslı qlobal sınaqlarını dayandırıb.

Şirkət çərşənbə axşamı açıqlama verərək, testlərə ara verməyin "sınaqlarda potensial səbəbi açıqlanmayan bir xəstəlik olduğu zaman baş verən adi bir hal olduğunu" bildirib.

AstraZeneca şirkəti AZD-1222 adlı peyvəndi Britaniyanın Oxford Universiteti ilə əməkdaşlıq edərək hazırlayıb. Peyvənd ABŞ, Britaniya, Braziliya, Cənubi Afrika və Hindistan da daxil olmaqla, bir neçə ölkədə genişmiqyaslı Faza 2 və Faza 3 sınaqlarından keçirilir. AZD-1222 ABŞ-da 3 mərhələdə aparılan 3 COVID-19 peyvəndindən biridir.

Şirkət iştirakçının xəstəliyinin mahiyyəti ilə bağlı açıqla verməyib. Lakin New York Times qəzetinin verdiyi məlumata görə, Britaniyadan olan könüllünün onurğa beyninə təsir edən və çox vaxt virus infeksiyalarının təsirindən qaynaqlanan iltihab transvers miyelit sindromu diaqnozu qoyulub. Lakin qəzet bildirir ki, bunun birbaşa AZD-1222 peyvəndi ilə əlaqəli olub-olmadığı məlum deyil.

COVID-19 peyvəndinin testinin dayandırılmasını elan etməsindən bir neçə saat əvvəl AstraZeneca digər səkkiz dərman istehsalçısına qatılaraq, vaksinlə bağlı bütün məlumatların onun təhlükəsiz və effektiv olduğunu göstəmədiynə qədər ABŞ hökumətinin tənzimləyici orqanlarından təsdiq almağa çalışmayacağına söz verib.

Şərhlərə bax

XS
SM
MD
LG