Accessibility links

AstraZeneca şirkəti COVİD-19 peyvəndinin "yüksək effektivliyini" elan edib


AstraZeneca şirkətinin bazar ertəsi bildirdiyinə dörə, COVID-19 peyvəndinin Britaniya və Braziliyada aparılan klinik sınaqları təcrübələrdə iştirak edın könüllülərdən heç birində "xəstəxanaya yerləşdirilmədən və ya ağır hallar olmadan" koronavirusun qarşısının alınmasında yüksək effektivlik nümayiş etdirib.

İngiltərənin əczaçılıq şirkəti peyvəndin iki doza rejimində sınaq keçirib. Bunlardan birincisinin effektivliyi 90%, ikincisinin effektivliyi isə 70% olub.

"Nəticələr barədə daha çox məlumat toplanmağa davam ediləcək və effektivliyin dəqiqləşdirilməsi və qoruma müddətini müəyyənləşdirmək üçün əlavə analiz aparılacaq" - deyə, AstraZeneca bazar ertəsi verdiyi açıqlamada bildirib.

"Bu, bir çox insanın həyatını xilas edəcək təsirli bir peyvəndimiz olduğunu göstərir", Oksford Peyvənd Mərkəzinin baş tədqiqatçısı, professor Endryu Pollard açıqlamasında bildirib.

AstraZeneca bu peyvənddən aşağı gəlirli ölkələrdə bu peyvənddən fövqəladə hallarda istifadə etmək üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edəcəyini bildirib. Bundan əlavə şirkət bildirib ki, müvəqqəti nəticələrin tam təhlili rəyin veriləcəyi jurnalda dərc olunacaq.

Keçən həftə əczaçılıq şirkətiləri Pfizer və Moderna da hazırladığı koronavirus peyvəndlərinin təxminən 95 faiz effektivliyini və ciddi yan təsirlərinin olmadığını bildirib.

Bəzi ölkələr COVID-19 peyvəndlərinin paylaşılması planlarını bazar günü hazırlamağa başlayıb. Almaniya və Amerika Birləşmiş Ştatları peyvəndlərin əhalinin bəzi qruplarına gələn ay verilməsinə hazırlaşır.

Almaniyanın Səhiyyə Naziri Yens Span bazar günü jurnalistlərə verdiyi açıqlamasında Avropada peyvəndin ilin sonuna qədər təsdiqlənəcəyinə dair nikbin olmaq üçün səbəb olduğunu və təsdiqləndikdən sonra vaksinasiyanın dərhal başlanacağını deyib.

ABŞ-da peyvəndlərin Ərzaq və Dərman Administrasiyasının Pfizer şirkətinin hazırladığı peyvəndi nəzərdən keçirməsindən iki gün sonra, dekabrın 12-dən verilməyə başlaması planlaşdırılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG