Accessibility links

Atası Mehman Hüseynovla görüşə buraxılmayıb


Yanvarın 1-də həbsdə olan bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov oğlu ilə görüşə buraxılmayıb. Bu barədə Rafiq Hüseynovun özü Amerikanın Səsinə deyib.

“İndi Kürdəxanı təcridxansının (1 saylı Bakı İstinintaq Təcridxanası) qarşısındayam. Məni oğlumla görüşə buraxmadılar. Dedilər Mehman təcridxanaya üç gündür gətirilib, karantin keçəndən sonra görüş veriləcək. Dünən Mehman evə zəng etmişdi. İsti paltarlar və digər əşyalar gətiməyimi xahiş etdi. Oğlumla görüşə buraxmasalar da gətirdiyim paltarları və digər əşyaları qəbul etdilər”, ata qeyd edib.

O, blogerin səhhəti ilə bağlı məlumatsız olduğunu deyib.

“Təcridxana əməkdaşlarından oğlumun səhhətinin necə olması ilə bağlı soruşdum. Mənə hər hansı məlumat vermədilər. Amma dünən Mehman zəng edəndə səhhətinin ağır olduğunu dedi. O, səhhətinin ağırlaşdığı üçün iynə ilə bədəninə dərman yeridildiyini bildirdi. Ondan su içməsini təkrar-təkrar xahiş etdim”, Rafiq Hüseynov Amerikanın Səsinə bildirib.

Təcridxana əməkdaşlarından oğlumun səhhətinin necə olması ilə bağlı soruşdum. Mənə hər hansı məlumat vermədilər. Amma, dünən Mehman zəng edəndə səhhətinin ağır olduğunu dedi.
Rafiq Hüseynov, blogerin atası

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Öz növbəsində rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin ifadəsinə, siyasi yönümünə görə həbs edilmədyini bildirir.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğu qeyd edilir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG