Accessibility links

ATƏT: Real rəqabət olmadan real seçim mümkün deyil!


ATƏT-in müşahidə missiyası Rusiya seçkiləri ilə bağlı bəyanat yayıb

Rusiyada prezident seçkisində “əsl rəqabət” mühiti yaradılmayıb və seçicilərin real seçimi olmayıb. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyir.

Fundamental sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarına məhdudiyyətlər siyasi iştirak məkanını daraldıb və nəticədə əsl rəqabətin olmadığı bir mühit yaranıb”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının lideri və xüsusi əlaqələndirici Maykl Corc Link martın 19-da mətbuat konfransında jurnalistlərə deyib.

Link deyib ki, ATƏT-in fikrincə, komissiya seçkini nizamlı keçirib, effektli idarə edib.

"Namizədlərə azadseçkiqabağı kampaniyalar keçirməsinə imkan yaradılsı da, mediada çıxış dəyərlərinin yüksək olması onları yarış meydanında bəbabər imkanlarlatəmin etməyib" - deyə ATƏT mşühaidəçiləri bildirib.

Onlar deyib ki, real rəqabətsiz yarış real seçim deyil.

Artıq bülletenlərin 99,8 faizi sayılıb və MSK hazırkı prezident Vladimir Putinin səslərin 76,7 faizini topladığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG