Accessibility links

ATƏT Xarici İşlər Nazirləri Şurasında Dağlıq Qarabağdan danışılıb


Dekabrın 8-də Hamburqda ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası açılıb.

ATƏT-in hazırki sədri, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer iclası açaraq nizamlanmamış münaqişələrə toxunub və onların arasında Dağlıq Qarabağın da adını çəkib.

O, yenidən gərginləşə biləcək bu problemin həlli üçün danışıqların davam etdirilməsinin vacibliyini deyib.

Avropa İttifaqının təhlükəsizlik və xarici məsələlər üzrə nümayəndəsi Federika Mogerini dinc nizamlanma üzrə danışıqlar prosesinin aktivləşməsinə tərəfdar olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri deyib ki, münaqişə uzun müddətdir ki, həll olunmur və ATƏT ölkələri üçün narahatlıq doğurur.

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, problem indiki formatda bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilməlidir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iclasda iştirak edir. Elmar Məmmədyarov və Edvard Nalbandyanın Hamburqda ayrıca görüş keçirəcəkləri gözlənilir.

XS
SM
MD
LG