Accessibility links

ATƏT Qırğızıstana beynəlxalq polis qüvvələrini göndərmək istəyir


ATƏT-in Orta Asiya üzrə xüsusi elçisi, Kimmo Kilcu Bişkekdə reportyorlara, təxminən 50-100 polis zabitinin qaçqınların təhlükəsiz geri qayıtmaları daxil olmaqla, sabitləşdirmə prosesini sürətləndirməyə kömək edə biləcəklərini deyib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilat (ATƏT) etnik toqquşmanı sabitləşdirmək üçün beynəlxalq polis qüvvələrini Qırğızıstana göndərməyə çağırır. ATƏT-in Orta Asiya üzrə xüsusi elçisi, Kimmo Kilcu Bişkekdə reportyorlara, təxminən 50-100 polis zabitinin qaçqınların təhlükəsiz geri qayıtmaları daxil olmaqla, sabitləşdirmə prosesini sürətləndirməyə kömək edə biləcəklərini deyib. Oş və Cəlalabad şəhərlərində etnik qırğızlarla özbəklər arasında iyunun 10-da başlamış toqquşmalardan sonra minlərlə özbək qaçqınları Özbəkistandan Qırğızğstana keçməyə başlayıb. Təxminən 400,000 adam didərgin düşüb. Bir neçə gündür ki, qırğız dövlət işçiləri, qanunsuz silah axtarışını əsas tutaraq, cənubda özbəklər yaşayan ərazilərə reydlər keçirirlər. Bazar ertəsi azı ik nəfər həlak olub. Reydlər Qırğızıstanın konstitusiya referedumları ərəfəsində özbəklər arasinda gərginliyi və qorxunu artırıb.

XS
SM
MD
LG