Accessibility links

Aunq San Su Çi çevrilişdən sonra ilk dəfə məhkəmə qarşısına çıxarılıb


Myanmanın de fakto lideri Aunq San Su Çi ordunun fevralın 1-də hakimiyyəti ələ keçirilməsindən bəri bazar ertəsi ilk dəfə məhkəmə qarşısına çıxıb.

Vəkilləri paytaxt Naypidada jurnalistlərə deyib ki, onlara məhkəmə başlamadan 30 dəqiqə əvvəl Su Çi ilə görüşməyə icazə verilib. Onlar 75 yaşlı Nobel Sülh mükafatı laureatının səsinin yaxşı gəldiyini və sağlam göründüyünü və onun Myanma xalqına can sağlığı dilədiyini bildirib.

Su Çi həmçinin Demokratiya Uğrunda Milli Liqa Partiyası haqqında bir mesaj verərək “xalq xalqın içərisində böyüyür və ona görə də, insanlar onu dəstəklədiyi müddətdə partiyanın mövcud olacağını" deyib.

Vəkillər eyni zamanda devrilmiş prezident Vin Myintlə də qısa görüş keçirib

Su Çi çevrilişdən bəri həbsdə saxlanır. Ona qarşı bir sıra cinayət ittihamları irəli sürülüb. Onlardan ən ağırı isə onun qeyri-qanuni olaraq 600 000 dollar mənimsəməsi barədəki ittihamdır. Bundan əlavə o, lisenziyasız rasiya saxlamaqda, COVID-19 məhdudiyyətlərini pozmaqda, tele-komunikasiya qanunlarını pozmaqda və iğtişaşları qızışdırmaqda günahlandırılır.

Mülki hökumət Demokratiya Uğrunda Milli Liqa partiyası parlament seçkilərində böyük bir üstünlüklə qalib gəldikdən təxminən üç ay sonra devrilib. Xunta çevrilişə səbəbin noyabrın 8-də keçirilən seçkilərdə geniş saxtakarlığa yol verilməsini göstərib. Xunta bu ittihamlar səbəbilə Demokratiya Uğrunda Milli Liqa partiyası ləğv etməklə hədələyib.

Çevriliş bu Cənub-Şərqi Asiya ölkəsində böhrana səbəb olub ki, bu da xunta əleyhinə tələfatlı nümayişlərə, bir neçə silahlı etnik qrupla hakim xunta arasında qarşıdurmalara səbəb olub.

İtkilər və həbsləri izləyən Siyasi Məhbuslara Yardım Assosiasiyasının bildirdiyinə görə, hərbi hökumət nümayişləri dağıtmaq üçün apardığı kampaniya zamanı ordu 800-dən çox etirazçını və yoldan keçənləri öldürüb.

Xunta hamiyyyəti ələ keçirəndən bir il sonra yeni seçki keçirəcəyini elan edib, lakin daha sonra seçkinin iki il sonra keçirilə biləcəyini deyib. Myanma on il əvvəl başlayan demokratik islahatlara qədər 50 il boyunca ordu tərəfindən idarə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG