Accessibility links

ABŞ Azərbaycana aviasiya təhlükəsizliyi üzrə 1-ci dərəcə reytinqi verib


Azal Plane
Azal Plane

Bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək

Beynəlxalq Aviasiya Təhlükəsizliyinin Qiymətləndirilməsindən sonra ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FMAİ) aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək və bu, iki ölkə arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcəkdir.

FMAİ müəyyən edir ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir.

Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabrında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilib.

“ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə töhfə verməkdən məmnundur. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-na köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirir.

Biz bu təsnifatın əldə olunması istiqamətində ötən bir neçə il ərzində göstərdiyi əzmkar fəaliyyətə, peşəkarlığa və fədakarlığa görə Azərbaycan hökumətini təbrik edirik. ABŞ hökuməti mülki aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə ümid edir”, səfirliyin məlumatında qeyd edilir.
XS
SM
MD
LG