Accessibility links

Avropa Şurasının komissiyası: Azərbaycan öhdəliklərini yerinə yetirməyib


İyunun 6-da Avropa Şurasının irqçilik və ayrıseçkilik məsələləri ilə məşğul olan qurumu (ECRI – İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası) bəzi üzv ölkələrin öhdəliklərini necə yerinə yetirməsinə dair qısa dəyərləndirmə yayıb. Azərbaycan da daxil olmaqla həmin öhdəliklər ECRI tərəfindən üzv ölkələr üzərinə 2016-cı ildə qoyulub.

Azərbaycanın qarşısında ümumilikdə 16 öhdəlik qoyulmuşdu. Onlardan ikisinə prioritet qaydada əməl olunması istənilirdi: 1) fərqli və müstəqil vətəndaş cəmiyyətinin inkişafına imkan verən şərtlərin yaradılması; 2) hərbi xidmətə alternativlər barədə qanunvericiliyin qəbulu.

Avropa Şurası dəyərləndirmə hesabatında bildirir ki, Azərbaycan bu prioritet tövsiyələrin heç birini yerinə yetirməyib.

İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası 2016-cı ildə yaydığı hesabatında bildirirdi ki, son 5 ildə bu ölkədə həmin hallarla mübarizədə irəliləyiş əldə olunub. Amma ciddi problemlər hələ qalır.

Azərbaycan tərəfi, hələlik, bu dəyərləndirməyə rəsmi münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə vətəndaş cəmiyyətinin inkişafına hər cür şərait yaradıldığını deyir, bütün təməl hüquq və azadlıqların tamn təmin olunduğunu bildirirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG