Accessibility links

Avropa Birliyi Belarus rəsmilərinə qarşı sanksiyaların tezliklə nəzərdən keçirilməsinə çağırıb


Avropa Şurasının prezidenti Çarlz Mişel bir çox müxalifət üzvünün həbs edilməsindən sonra Belarus rəsmilərinə qarşı tətbiq olunacaq sanksiyaların daha sürətlə nəzərdən keçirilməsinə çağırıb.

“Belarusda siyasi zəmində həbslər, məcburi sürgünlər və siyasi təqiblər dayandırılmalıdır. Belarus rəsmiləri siyasi məhbusları azad etməli, vətəndaşlarının söz və sərbəst toplaşmaq hüquqlarından istifadə etməsinə imkan verməlidir" - deyə,Çarlz Mişel çərşənbə günü Tweeter səhifəsində yazıb.

Çərşənbə günü mübahisəli seçkidən sonra uzun müddətdir prezident olan Aleksander Lukaşenkoya qarşı davam edən nümayişlər fonunda müxalifətin sərbəst qalan iki liderindən biri Belarusun naməlum rəsmiləri tərəfindən həbs edilib. Müxalifət üzvü Qleb Germanın dediyinə görə, vəkil Maksim Znak Koordinasiya Şurasının ofisindən xizəksüürənlərin maskasında olan naməlum şəxslər tərəfindən çıxarılıb.

Znakın həbsi Lukaşenkonun ona qarşı olan etirazları dayandırmağa çalışarkən baş verib. German Znakın telefonu əlindən alınana qədər “maskalar” sözünü yaza bildiyini deyib.

Svetlana Alekseyeviç
Svetlana Alekseyeviç

Çərşənbə günü naməlum şəxslərin mənzilinə girməyə çalışмаsına baxmayaraq, 2015-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Alekseyeviç şuranın Belarusda azadlıqda qalan yeganə üzvüdür.

Avropa Birliyinın bir neçə diplomatı və jurnalisti Svetlana Alekseyeviçin həbs olunmasına mane olmaq üçün onun Minskdəki evinə gedib. Aleksiyeviç jurnalistlərə Belarusu tərk etməyi düşünmədiyini deyib.

Şərhlərə bax

XS
SM
MD
LG