Accessibility links

Avropa Birliyi Rusiyanın xarici işlər nazirinin Gürcüstanın separatçı bölgələrinə səfərini tənqid edib


Katerin Əşton
Katerin Əşton

Xarici Siyasət şöbəsinin rəhbəri Katerin Əşton məsələnin əvvəlcə Tbilisi ilə müzakirə edilməli olduğunu deyib

Bu gün Avropa Birliyi Rusiyanın xarici işlər nazirinin Tbilisi ilə müzakirə etmədən separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinə səfərini tənqid edib. Avropa Birliyinin Xarici Siyasət şöbəsinin rəhbəri Katerin Əşton bu açıqlamasında Rusiya xarici işlər nazirinın aprel ayının 25-26-sı münaqişəli bölgələrə səfərinin məqsədəuyğun olmadığını deyib. Xanım Əşton Avropa Birliyinin Gürcüstanın suverenliyini dəstəklədiyini və beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərlə bağlı mübahisələrin sülh danışıqları ilə aradan qaldırılmasını istədiyini deyib.

XS
SM
MD
LG