Accessibility links

Avropa İttifaqı Suriyanın şimal-qərbində hava hücumlarına son qoyulmasına çağırır


Avropa Birliyi cümə axşamı Suriyanın şimal-qərbində üsyançıların istehkamı ətrafında yenidən başlayan döyüşləri qınayaraq, mülki vətəndaşların ölümünə səbəb olan "yolverilməz" hava hücumlarına son verilməsini tələb edib.

Rusiya tərəfindən dəstəklənən prezident Bəşər Əsəd rejimi hava hücumlarını intensivləşdirməklə üsyançı qüvvələrin son istehkamı olan İdlib ətrafında vəziyyəti daha da çətinləşdirir. Çərşənbə axşamı hava hücumları zamanı azı 23 mülki vətəndaş ölüb.

"İdlibdə hücumlara yenidən başlanması, o cümlədən təkrar hava zərbələri və mülki vətəndaşların hədəf alınması qəbuledilməzdir və dayandırılmalıdır" Avropa İttifaqının sözçüsü bəyanatda bildirib.

"Avropa İttifaqı bu qəddar hücumlar davam etdiyi müddətdə Əsəd rejiminə qarşı sanksiyaları nəzərdən keçirəcək", o əlavə edib.

İdlib və Hələb vilayətlərinin çox hissəsi hələ də Əsəd əleyhinə fraksiyalar tərəfindən idarə olunur.

Təxminən doqquz illik müharibədən sonra ölkənin 70 faizinə nəzarət edən Dəməşq rejimi dəfələrlə bölgəni yenidən ələ keçirəcəyini vəd edib.

İdlibdə azı 3 milyon insan yaşayır ki, onların çoxu ölkənin digər hissələrindən qaçıb və çoxunun təcili humanitar yardıma ehtiyacı var.

Avropa Birliyi humanitar təşkilatlar üçün əraizyə "sürətli, təhlükəsiz və maneəsiz çıxış" tələb edib və münaqişəyə siyasi həll yollunun tapılmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG