Accessibility links

Avropa İttifaqı Britaniyasız gələcəyə hazırlaşır


Avropa İttifaqı liderləri britaniyalıların Avropa İttifaqından çıxmaqla bağlı səs verməsindən bir neçə gün sonra Brüsseldə keçirilən sammitdə gələcək planları müzakirə edib.

Onlar Britaniyanı tez zamanda İttifaqı tərk etməyə və qiymət ödəmədən üzvlükdən faydalana biləcəyini gözləməməyə çağırıb.

Almaniya kansleri Angela Merkel Avropa İttifaqının öz yoluna davam etməli və Britaniyanın fikrini dəyişib-dəyişməyəcəyini gözləməməli olduğunu deyib.

Merkel həmçinin Birtaniyanın öhdəliklərini yerinə yetirmədən Aİ üzvlüyünün təmin etdiyi imtiyazlardan faydalana bilmədiyi barədə xəbərdarlıq edib

Bu, seçiciləri Avropa İttifaqında qalmağa inandırmağa nail olmayan Britaniya baş naziri Deyvid Kameronun çox güman ki, iştirak etdiyi son sammitdir.

Danışıqlardan sonra çıxış edən Kameron deyib ki, kədər və təəssüf hisslərinə baxmayaraq, 28 liderlə görüş konstruktiv keçib.

Lakin Fransa prezidenti Fransua Olland daxil olmaqla digər liderlər Britaniyanın İttifaqını tərk edəndən sonra, Avropanın vahid bazarına çıxış kimi heç bir xüsusi müünasibət gözləməməsi barədə xəbərdarlıq edib.

Olland deyib ki, bunun baş verməsi üçün Britaniya insanların sərbəst hərəkətinə imkan verilməsini qəbul etməlidir. Britaniyanın Avropa İtitfaqını tərk etməsini istəyənlər isə bunun tamamilə əleyhinədir.

İttifaq üzvlərinin artıq Britaniyanın qurumu tərk etməsindən sonrakı dövrə hazırlaşmasına baxmayaraq, bu proses ən tez sentyabr ayında baş verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG