Accessibility links

Avropa İttifaqı ABŞ və digər ölkələri koronavirus vaksinlərini ixrac etməyə çağırır


Ursula von der Leyen

Avropa Komissiyası cümə günü Birləşmiş Ştatları və digər əsas COVID-19 vaksini istehsalçılarını peyvənlər üzərindəki əqli mülkiyyət haqlarında imtina etməyi müzakirə etmək əvəzinə, Avropa İttifaqı kimi, istehsal etdikləri vaksinləri ixrac etməyə çağırıb.

Komissiyanın sədri Ursula von der Leyen Aİ liderlərinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib ki, əqli mülkiyyət haqlarından vaz keçməklə bağlı müzakilər qlsa və orta müddətdə tək bir doza belə COVID-19 vaksini istehsal etməyəcək.

“Biz bu müzakirəni aparmağa açıq olmalıyıq. Amma bu müzakirəni aparanda da, onunla bağlı 360 dərəcəli görüş olmalıdır, çünki bizim indi bütün dünya üçün vaksinlərə ehtiyacımız var,” o deyib.

“Avropa İttifaqı bu səviyyədə ixrac edən dünyanın yeganə kontinental və ya demokratik regionudur,” Von der Leyen deyib.

O bildirib ki, Avropada istehsal olunan koronavirus vaksinlərinin təxminən 50 faizi 90-a yaxıb ölkəyə göndərilir. ONlar arasında Ümumdünya Səhiyyə Təşkilatının dəstəkləsiyi COVAX proqramı var ki, onun məqsədi əsasən də oxsul ölkələri vaksinlə təchiz etməkdir.

“Biz əqli mülkiyyət hüquqlarından imtina edilməsi ilə bağlı müzakirələrdə iştirak edənləri həmin regionda istehsal olunan peyvəndlərin böyük bir hissəsini ixrac etməyə hazır olmağa çağırırıq,” o deyib.

O deyib ki, yalnız daha yüksək istehsal, ixrac baryerlərinin aradan qaldırlması və artıq sifariş verilən vaksinlər pandemiyaya qarşı mübarizəni dərhal sürətləndirə bilər.

“Qısa və uzun müddətlə tələb olunan bunlardır: Birincisi vaksinlərin bölüşdürülməsidir. İkincidi, istehsal olunan vaksinlərin ixracı. Üçüncüsü də vaksin istehsal etmək imkanlarının artırılmasına sərmayə qoymaqdır,” o bildirib.

Von der Leyen söyləyib ki, Avropa İttifaqı vaksini bölüşmək mexanizmini başladıb və buna misal olaraq Qərbi Balkan ölkələrinə 615 00 doza vaksinin göndərilməsini göstərib.

XS
SM
MD
LG