Accessibility links

Avropa İttifaqı ölkələri müdafiə sahəsində əməkdaşlığa dair razılıq imzalayıb


Avropa İttifaqına daxil olan 28 ölkədən 23-nün xarici işlər və müdafiə nazirləri bazar ertəsi Brüsseldə post-Brexit dövründə əməkdaşlığın gücləndirilməsi və Rusiyanın təzyiqlərinin qarşısının alınması məqsədil müdafiə sahəsində razılıq imzalayıb.

Sənədin Avropa İttifaqının qanunvericiliyinin bir hissəsi olması üçün qurumun liderləri dekabr ayına qədər onu təsdiq etməlidir.

Razılıq iyun ayında 6.4 milyard dollarlıq Avropa müdafiə fondunun yaradılmasının elan edilməsindən sonra Avropa İttifaqının beynəlxalq böhranların həllində daha fəal rol oynamasına imkan verəcək daimi strukturlaşdırılmış əməkdaşlığı nəzərdə tutur.

Sənəddə deyilir ki, ölkələr Avropa İttifaqının hərbi missiyalarında personal, təchizat, təlim və infrastruktur sahələrində “əhəmiyyətli dəstək” göstərəcək.

Razılığa əsasən, üzv ölkələr həmçinin “müdafiə büdcəsinin real vaxtda” artırılması, eləcə də müdafiə xərclərinin 20 faizini təchizat, iki faizini isə tədqiqat və texnologiyalara sərf etməyə söz verib.

Üzv ölkələr Avropa İttifaqının hərbi missiyalarında personal, təchizat, təlim və infrastruktur sahələrində “əhəmiyyətli dəstək” göstərəcək.

Müdafiə sahəsində inteqrasiya təşəbbüsü uzun zamandır Avropa İttifaqının ordu yaratmasının əleyhinə olan Britaniya tərəfindən bloklanırdı. Təşəbbüs Avropa İttifaqı tərəfdarı olan Emmanuel Makronun prezident seçilməsindən sonra Fransa və 2016-cı ilin iyun ayında britaniyalıların Avropa İttifaqından çıxmağa səs verməsindən sonra Almaniya tərəfindən bərpa edilib.

ABŞ prezidenti Donald Trampın Avropa müttəfiqlərin öz təhlükəsizliklərinə görə daha artıq vəsait xərcləmələri haqda xəbərdarlıqlarının da təşəbbüsün canlandırılmasına təsir göstərdiyi mümkündür.

Təşəbbüsün tərəfdarları bildirir ki, bu, NATO-ya rəqabət yaratmaq deyil, əksinə Avropanı müdafiə etmək kimi əsas rol oynayan alyansın gücləndirilməsinə xidmət edəcək.

Yaxın zamanlarda ABŞ-ın başçılığı ilə NATO ilə koordinasiya olunaraq, Avropa İttifaqı ölkələrinin hərbi qüvvələrinin zəifliklərinin aşkar edilməsi sisteminin pilot mərhələsi başlamalıdır. Bir neçə milyard dollarlıq Avropa müdafiə fondunun yaradılması isə hələ də müzakirə mərhələsindədir.

XS
SM
MD
LG