Accessibility links

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb


Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb. Rusiyanın 2014-cü ildə Krım və Sevastopolu ilhaqından sonra tətbiq edilən sanksiyalar 2019-cu ilin iyun ayının 23-dək qüvvədə olacaq.

Qərar Avropa İttifaqı ölkələri kənd təsərrüfatı nazirlərinin bu gün keçirilən iclasında qəbul edilib.

Bu sanksiyalar Krım və Sevastopoldan ərzaq idxalı, bu ərazilərə sərmayə qoyuluşu, Avropa səyahət gəmilərinin Krım limanlarına yan alması, həmçinin müxtəlif texnologiya və malların idxalını qadağan edir.

Qurumun xarici işlər idarəsinin yaydığı bəyanatda deyilir ki, Avropa İttifaqı Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqını qanunsuz sayır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Avropa İttifaqı və ABŞ daxil olmaqla, bir sıra dünya ölkələri Krımın ilhaqı və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Krımın işğalı və Ukraynanın şərqindəki rusiyapərəst seperatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

XS
SM
MD
LG